Yenə özbaşınalıq: məmur balaları ilə nə edək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda məmur balalarının özbaşınalıqları barədə ara-sıra mətbuatda məlumatlar yayılır. Belə hadisələrdən biri də ötən gecə baş verib. Bakıda bir idmançı oğlan öz gücünü qızların üzərində sınayıb. Böyük qəhrəmanlıq göstərib və iki qızın ağız-burnunu əzib.
Hadisə ötən gecə Yasamal rayonu ərazisində yerləşən məşhur "Famous" karaoke-klubda baş verib. Döyülən Elvira Əliyeva saat 03 radələrində karaoke-klubda rəfiqəsi Diana Babayeva ilə əylənirmiş. Elvira mahnı oxuyan zaman qaydasız döyüş üzrə çempion olan İsa Əzizov onlara qarşı gözlənilməz addım atıb. Qızları döydükdən sonra maşınına salıb harasa aparmaq istəyib. Ancaq qızlar "igid"in əlindən güclə də olsa, qurtula biliblər.
Əlqərəz, İsa adlı bir oğulun "igidliyi" bu gün mətbuatın baş mövzularından biri idi. Xəbər ilk yayılanda çoxları düşündü ki, yəqin idmançı dəliqanlıdır. Qolunun gücünə güvənib özbaşınalıq edir. Ancaq sonradan məlum oldu ki, onun güvəndiyi yer heç də əzələli cüssəsi deyilmiş. Güvəndiyi başqa dağlar varmış.
İsa Əzizov hələ də axtarılır. Onu polis axtardığı bir vaxtda jurnalist həmkarlarımız güvəndiri dağı müəyyənləşdiriblər. Sən demə, İsa Azərbaycanda adı çoxlarına tanış olan məşhur generalın bacısı oğlu imiş. Etik səbəblərdən generalın adı açıqlanmadı.
Mümkündür ki, bacıoğlunun bu özbaşınalığında general günahkar deyil. Ancaq nədənsə bu ölkədə indiyə qədər fəhlə oğlunun belə hoqqa çıxardığını heç görməmişik.
Məmur övladlarının şəhərdə özbaşınalıq etməsi birinci dəfə deyil. Onlar haqda çox yazılıb, çox danışılıb. Belə xəbərlər bir daha göstərir ki, hələ də nəticə yoxdur.
Bu məmur balaları ilə nə edək?
Teymur Hacıyev
Milli.Az
Uyğun link: Bakıda generalın idmançı qohumu məşhur klubda qızlara divan tutdu - FOTO
DİGƏR XƏBƏRLƏR
-
Tofiq Paşayeva ağır itki
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
XƏBƏR LENTİ
-
Aktyor 48 milyon dollar sərvəti olması xəbərinə belə reaksiya verdi
-
Almaniya müharibəyə hazırlaşır
-
Kabab sevənlər oxusun
-
Tofiq Paşayeva ağır itki
-
“Bu, İsrail üçün tələyə çevrilib”
-
SEPAH ABŞ-yə ultimatum verdi
-
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
-
Starmer də İrəvana gəldi
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub
-
Zelenski İrəvana səfər etdi
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Oktay Çubukun vəziyyəti necədir?
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Bir reklamdan 5 milyon manat qazandı - Rekord
-
Sürücülərin nəzərinə!
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO





