Cəmiyyət

Bakıda doğranan Aytacın İzzətlə son VİDEOsu

4 May 2015 13:22
119 Şərh     Baxış: 72 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda amansızlıqla öldürülən məktəbli Aytac Babayevanın iki gün əvvəl ölüm fotosunu yaymaqla oxucuların ürəyini sızlatmışdıq. Bu dəfə isə tələbə olmaq arzusu ilə yaşayan, lakin qəddar "sevgili" tərəfindən qətlə yetirilən 17 yaşlı Aytacın ölüm yox, doğum gününün görüntülərini əldə etmişik.

Milli.Az xəbər verir ki, həmin videogörüntülər qətli törədən 20 yaşlı İzzət Hüseynovun Aytacın doğum günü üçün təşkil etdiyi məclisdə çəkilib. Mərhum Aytac Babayevanın valideynləri müsahibələrində övladlarının İzzətlə sevgili olmadığını, bunun jurnalistlərin uydurması olduğunu desələr də, videoda onların dəli bir eşq yaşadıqları hiss olunur.

Məlumatlı olmayan oxucular üçün bildirək ki, Xətai rayonundakı 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac bir neçə gün əvvəl "sevgilisi" İ.Hüseynov tərəfindən küçənin ortasında qətlə yetirilib. İzzət ona 8 bıçaq zərbəsi vurub. İ.Hüseynov ifadəsində ağır cinayətinə belə haqq qazandırıb: "Qız dayısı oğluna ərə gedəcəkdi. Ya mənim olmalısan, ya da torpağın" deyərək öldürdüm".

Gülər
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.