Cəmiyyət

Azərbaycan Nepalda baş verən güclü zəlzələ ilə bağlı humanitar yardım göstərəcək

27 Aprel 2015 00:11
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Prezidentinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Nepaldan azərbaycanlıların təxliyyəsi və humanitar yardım göstərilməsini həyata keçirəcək.

FHN-dən Milli.Az-a bildiriblər ki, 25 aprel 2015-ci il tarixində Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş Rixter cədvəli üzrə 7.8 bal gücündə zəlzələ çoxsaylı insan itkisi və dağıntılar törətmişdir. Bununla əlaqədar Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi və humanitar yardımın göndərilməsi istiqamətində iş aparır.

Əlavə məlumat veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.