Cəmiyyət

Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO

15 May 2024 15:36
Baxış: 3 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı kəndlərindən birində heyvanı maşının arxasına bağlayıb aparan sürücü görüntülənib.

Milli.Az bildirir ki, avtosfer.az-ın məlumatına görə, olay mayın 14-də axşam saatlarında qeydə alınıb. Belə ki, 90-NT-636 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilin sürücüsü atı iplə maşının arxasına bağlayaraq yol boyu aparıb. Onun nə üçün bunu etdiyi bəlli deyil.

Qeyd edək ki, video sosial şəbəkədə birmənalı qarşılanmayıb. Əməli törədən sürücü qınaq obyektinə çevrilib.

Xatırladaq ki, sürücü atın nəqliyyat vasitəsi ilə aparılması şərtini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 290.1.2-ci (ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulması) maddəsinə əsasən, 200 manat məbləğində cərimə oluna bilər. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.