Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi rayonunda tədbirlər davam edir - FOTO
19 Noyabr 2014 11:07
Baxış: 2 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi rayonunda əlamətdar günlərin qeyd olunması ilə bağlı tədbirlər davam edir.
Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, 12 noyabr Konstitusiya Günü münasibətilə Binəqədi rayonu 284 saylı tam orta məktəbdə Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesi səhnələşdirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Məktəblilər tərəfindən böyük maraqla qarşılanan pyesdə ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqında gerçəkliklər göstərilmiş, müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutmaları yaradılan bədii obrazlar vasitəsilə tənqid olunub. Əsərdə əsas qayə kimi xalqın nicatı, gələcək inkişafı üçün məhz bir yumruq kimi Vətən, azərbaycançılıq ideyası ətrafında birləşmənin qaçılmaz olduğu göstərilib. İdeya və məzmun baxımından böyük tərbiyəvi əhəmiyyətə malik, vətənpərvərliyi, xalqa sədaqəti tərənnüm edən əsərin məhz 12 Noyabr Azərbaycan Respublikası Konstitusiya Günündə nümayiş olunması məktəbin kollektivi və şagirdlərinin böyük marağına səbəb olub.
Digər bir tədbir 17 noyabr Milli Dirçəliş Günü münasibətilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Rəşid Behbudov adına Mahnı Teatrında əməkdar mədəniyyət işçisi, şair, dramaturq İftixar Piriyevin əsəri əsasında "Qalx ayağa, Azərbaycan" tamaşası səhnələşdirilib.
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan tamaşada Azərbaycan xalqının milli dirçəlişə, milli şüurunun oyanmasına, dövlət müstəqilliyini əldə etməsinədək keçdiyi keşməkeşli tarixdən bəhs olunub, üzləşdiyi soyqırımılar obarzların dili ilə canlandırılıb. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanıb.
Tamaşadan sonra əsərin müəllifi İftixar Piriyev, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri professor Asəf Zamanov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış ediblər. A.Əliyeva çıxışında tədbir iştirakçılarını Milli Dirçəliş Günü münasibətilə RİH başçısı adından təbrik edib. RİH başçısının müavini xalqın gerçək oyanışı və vahid ideya ətrafında birləşməsinin məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olduğunu bildirib. O, bu gün Prezident İlham Əliyevin həmin birlik və həmrəyliyin təminatçısı olduğunu vurğulayıb.
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Bakıda yeni tunellər tikiləcək - Ərazilər açıqlandı
-
Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
-
Özəl tibb müəssisələrində lisenziya məsuliyyəti kimdədir?
-
Şuşadakı bu 3 bina sökülə bilər
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır
-
Yepiskop vətəndaşı niyə məhkəməyə verib? Mənəvi həll, yoxsa hüquqi təzyiq?
-
Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
PSJ rəhbərliyi "Real"ın ulduzu üçün rəsmi danışıqlara başlayıb - FOTO
-
Kiyevə zərbələr nəticəsində ölənlərin sayı artdı
-
Bakıda yeni tunellər tikiləcək - Ərazilər açıqlandı
-
Qiymənin topalanma problemini həll etmək çox sadə imiş
-
Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir
-
Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO
-
Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
-
Nazir Elvin Məmmədova vəzifə verdi
-
Hər telefonda olan tətbiq 4 QB-lıq faylı gizlicə yükləyir: Parametrləri dərhal dəyişin
-
Özəl tibb müəssisələrində lisenziya məsuliyyəti kimdədir?
-
Səhər qəhvə içmədən özünüzə gələ bilmirsiniz?- təhlükəli səbəb
-
Rubio: Tramp Si Cinpindən kömək istəməyib
-
Dünya Çempionatının finalında bir ilk: Sürpriz qonaqlar - FOTO
-
Bu bölgədə heç yatmayan bir düşmən var
-
"Real Madrid"də növbədənkənar seçki elan edildi
-
Uşaqlıq fotolarını paylaşdı
-
Şuşadakı bu 3 bina sökülə bilər
-
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
-
Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Zaur Əhmədov: Bakıda keçiriləcək WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq
-
Dünyanın ən qədim ağaclarının altında bənzərsiz kəşfə imza atdılar