Cəmiyyət

Nazir: "Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması ən vacib amillərdən biridir"

3 Oktyabr 2014 12:20
Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın yeni təhsil fəlsəfəsinin əsas sütunlarından biri müəllim şəxsiyyəti üzərində qurulub

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrikində deyib.

Nazir qeyd edib ki, müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir.

M.Cabbarovun sözlərinə görə, dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub: "Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir".

Onun sözlərinə görə, bu günlərdə, həmçinin ölkəmizin ali məktəblərinin pedaqoji ixtisaslarına qəbul imtahanlarında 500 və daha artıq bal toplayan 300 nəfər tələbə Təhsil Nazirliyinin aylıq təqaüdünə layiq görülüb: "Biz bütün müəllimlərimizi, eləcə də yeni təltif olunan və aylıq təqaüdə layiq görülmüş gələcək müəllimlərimizi bir daha təbrik edirik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.