Cəmiyyət

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

24 İyul 2014 10:12
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az anspress-ə istinadən iyulun 24-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 24 iyul 2014
Hicri: 26 Ramazan 1435

İlin 205-ci günü
İlin sonuna 160 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.05
Günəş - 06.30
Zöhr - 13.51
Əsr - 18.25
Məğrib - 21.20
İşa - 22.59

1411 - Şotlandiya tarixində ən qanlı vuruşlardan biri sayılan Harlou vuruşması baş verdi.

1823 - Çilidə köləlik ləğv edildi.

1901 - O`Henri həbsdən azad edildi.

1915 - Çikaqoda sərnişin gəmisi batdı. 845 nəfər həyatını itirdi.

1931 - Pensilvaniyada qocalar evində baş verən yanğında 48 nəfər həyatını itirdi.

1935 - Gürcüstanda dünyada ilk dəfə olaraq uşaqlar üçün qısa məsafəli qatar yolu açıldı.

1936 - Vətəndaş müharibəsinə görə pis vəziyyətə düşən İspaniya dünya ölkələrindən kömək istədi.

1993 - Erməni qüvvələrinin Ağdamı işğal etməsi ilə əlaqədar Rusiya XİN və ABŞ Dövlət Departamenti bəyanat yayıb. Rusiyanın bəyanatı tərəflərə atəşkəsi dayandırmaq çağırışından ibarət idi. ABŞ daha konkret mövqe bildirərək Qarabağ ermənilərini "düşmən niyyətli hərbi əməliyyatları dayandırmağa" çağırmışdı. Qarabağ danışıqlarına vasitəçilik edən ATƏM-in Minsk konfransının sədri Mario Raffaellinin (İtaliya) bəyanatında isə "erməni silahlı qüvvələrindən" işğal olunmuş ərazilərdən çıxmaq tələb olunurdu. Lakin bəyanatların heç birində Azərbaycan torpaqlarının işğalının Ermənistan tərəfindən həyata keçirildiyi qeyd olunmurdu.

2001 - Bakı İran hərbi gəmilərinin Xəzərdə kəşfiyyat aparan Azərbaycan gəmilərinə hücum etməsi ilə bağlı bu ölkəyə etiraz notası verib. Bir gün öncə, iyulun 23-də Xəzərin cənubunda (İran-Azərbaycan dəniz sərhədi), "Araz-Alov-Şərq" strukturunda bp (Böyük Britaniya) şirkətinin sifarişi ilə kəşfiyyat işləri aparan "Geofizik-3" və "Əlif Hacıyev" gəmiləri İranın hərbi gəmiləri tərəfindən hücuma məruz qalaraq ərazini tərk etməyə məcbur olmuşdular. Hadisə İran-Azərbaycan münasibətlərində kəskin rezonans doğurdu. Münasibətlərdəki gərginlik bir neçə ay sürdü və 2002-ci ildə prezident Heydər Əliyevin İrana səfərindən sonra aradan qalxdı. Eyni zamanda, Azərbaycan Xəzərin statusuna dair mübahisələr və İranla dəniz sərhədi problemi çözülənədək "Araz-Alov-Şərq" strukturunda kəşfiyyat işlərini dayandırdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.