Hirkan Milli Parkında yanğın tam söndürüldü - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisində başlamış, sonradan külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının ərazisinə keçmiş yanğın 23 iyul 2014-cü il tarixində səhər saat 10 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürülüb.
ETSN-dən Trend-ə verilən məlumata görə, ilkin hesablamalara əsasən, Milli Parkın 2,5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.
Eyni zamanda, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23 A dolayında yanğın lokallaşdırılsa da közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.
Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.
Hazırda ETSN-nin150-dək əməkdaşı, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi Razvandaband meşəbəyliyinin 23 A dolayında közərtilərin tam olaraq söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.
----------
11:01
21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisindəki Piran kəndində bələdiyyə torpaqlarında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 20 nəfərlik heyəti də bu gün Lerik rayonuna yola düşüb.
Hadisə yerinə cəlb olunmuş nazirliyin 150-dək əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə əsasən üç istiqamətdə baş vermiş yanğının artıq lokallaşdırılmasına nail olub. ETSN-in əməkdaşları közərtilərin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirir.
Qeyd edək ki, bu tədbirlər ona görə aparılır ki, külək yenidən alovlanmaya səbəb ola bilər.
Nazirlik bildirir ki, yanğın Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23 A, Hirkan Milli Parkının Haftoni meşəbəyiliyinin 21-ci dolaylarında və Hirkan Milli Parkının Şirtük adlanan ərazisində qeydə alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Keçmiş məcburi köçkünlərin nəzərinə
-
AZAL-ın Naxçıvan reysləri ləğv edildi
-
8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - FOTO
-
Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur?- RƏSMİ AÇIQLAMA
-
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan-Türkiyə dostluq konserti təşkil olunub
-
Müdafiə naziri Milli qəhrəmanlarımızın ailələlərinə medallar təqdim edib
XƏBƏR LENTİ
-
Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
2026 yayının ən dəbli saç trendləri açıqlandı
-
Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin
-
Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı
-
Kimyəvi vasitələrə son - List üsulu ilə soba yağlarından birdəfəlik qurtulun
-
Joze Mourinyodan “Real Madrid”ə ağır şərtlər
-
İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək - Pezeşkian
-
Yuxuya getmək gnında gözümüzə görünənlərin səbəbi məlum oldu
-
Azərbaycan pavilyonu WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində fəaliyyətə başlayıb - FOTO
-
Emil Bədəlov villa tikdirir
-
Bir mövsümdə iki ölkənin çempionu oldu
-
İlham Əliyev və Mehriban Əliyevanın adından WUF13-də iştirak edən dövlət başçılarının şərəfinə rəsmi ziyafət verilib - VİDEO - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələlərində gözlənilməz xərc çıxa bilər
-
77 yaşlı xalq artistinin görünüşü müzakirələrə səbəb oldu - FOTO
-
Mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya
-
Tramp: İrana sabah zərbə endirəcəkdik...
-
İzzət Bağırovun təmtəraqlı ad günü - VİDEO - FOTO
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
-
Xameneinin vəziyyəti açıqlandı
-
"Bağışlayın nə olar, gənc idim bilməmişəm"
-
Keçmiş məcburi köçkünlərin nəzərinə
-
Türkiyədə dəhşətli qətliam - qarşısına çıxanı güllələdi - YENİLƏNİB
-
Məşhur serialın sezon finalının tarixi bəlli oldu





