Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kamal Abdulla: "Azərbaycanı çox parçalamaq istədilər, alınmadı"
13 May 2014 12:22
Baxış: 1 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bizim arzumuz Prezident İlham Əliyev ətrafında sıx birləşməkdr. Prezidentin ən böyük arzusu Azərbaycanı varlı, dövlətli görməkdir. Azərbaycanı güclü, varlı, dövlətli görmək din xadimlərini, məscidləri güclü, varlı, dövlətli görmək deməkdir. Bu, insanların ürəyindəki Allah eşqinin güclü olması deməkdir. Cənab Prezidentimiz bu gün bunu Allahdan böyük şövqlə arzu edir".
Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dəyişir. Yollarımız, şəhərlərimiz, kəndlərimiz, dəyişib. Amma bununla yanaşı, Azərbaycan insanı, dindarı, cəmiyyətinin özülü, vətəndaş dəyişir. Bu dəyişiklik intellektual tərəfdən həyata keçir: "Bu gün Azərbaycan insanı daha çox Vətən eşqi ilə yaşayan insana çevrilir. Əgər 10-15 il bundan öncə insanlar şəxsi istiqamətdə arzularını ifadə edirdilərsə, indi bu arzuların, niyyətlərin 99 faizi ictimai əsaslıdır. Bu arzular məscidlərimizlə, dinimizlə, məktəblərimizlə, təhsilimizlə bağlıdır. İnsanlar bütün Azərbaycan haqqında fikirləşirlər".
Dövlət müşaviri dövləti parçalamaq istəyənlərə ismarıc göndərərək onların bu cəhdinin alınmayacağını bildirib: "Azərbaycanı çox parçalamaq istədilər, alınmadı. Hələ sovet dövründən əvvəl parçalamaq istəkləri baş tutmadı. Dağıtmaq istədilər, alınmadı. Bu gün də bu, alınmayacaq. Azərbaycan dövlətçilik məfkurəsi istiqamətində hər bir fəaliyyəti dəstəkləyərək ona qarşı olan hər bir fəaliyyətə rədd cavabı verəcək, qəzəbli sözünü deyəcək. Biz gənclərimizi qorumalıyıq. Müxtəlif yollara gedə biləcək gənclərimiz olarsa, biz onları göydə Allahın, yerdə dövlətin qəzəbinə gələnə qədər qoruyub-saxlamağı bacarmalıyıq. Təmiz dini əqidələr üzərində böyümək, böyütmək, formalaşmaq və formalaşdırmaq ilk növbədə burada əyləşən din xadimlərinin borcudur".
Din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılmasının tarixi hadisə olduğunu deyən Kamal Abdulla bu layihənin gerçəkləşdirilməsini misli görünməmiş iş adlandırıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Pensiya alanlara şad xəbər
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var