Cəmiyyət

Qəbələdə Pasxa bayramı qeyd olunub

20 Aprel 2014 16:55
0 Şərh     Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bütün xristian aləmində olduğu kimi Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, Qəbələnin Nic qəsəbəsindəki "Cotari" alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin İcmasının rəhbəri, kilsənin keşişi və icma üzvləri çıxış ediblər. Çıxışlarda Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışılıb.

Nic kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə tolerantlığa gözəl nümunə olduğu diqqətə çatdırılıb. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.

Qeyd edək ki, Qəsəbədə 3 kilsə var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.