Cəmiyyət

Azərbaycanın şou-biznesinin Ümidi öldü - YENİLƏNİB - FOTO

18 Yanvar 2014 11:37
11 Şərh     Baxış: 13 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:37

Azərbaycanın tanınmış jurnalisti, "Reytinq" qəzetinin əməkdaşı Elşad Ümid vəfat edib


Milli.Az AzNews.az-a istinadən xəbər verir ki, o, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Mərhumun qardaşının verdiyi məlumata görə, jurnalist bir çox xəstəliklərdən əziyyət çəkib: "Son iki həftədə Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Son vaxtlar ürəyinə su gəlmişdi. Həkimlər müalicə etməyə çalışsalar da, dünən gecə Elşadı həyata qaytara bilmədilər".

Elşad Ümid bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq.

---------
10:28

Bu səhər dünyasını dəyişən jurnalist Elşad Ümidin dəfn mərasimi atasının evində - Xırdalanda olacaq


Milli.Az anspress-ə istinadən xəbər verir ki, jurnalist bu gün saat 13:00-da torpağa tapşırılacaq.

Əsasən, maqazin yazıları ilə məşhurlaşan Elşad Ümid özü də yaradıcılıqla məşğul olurdu. Onun musiqi albomu və bir neçə müğənni ilə duetləri də var idi.

Qeyd edək ki, Elşad Ümid 1978-ci ildə doğulmuşdu.

---------
09:46

Elşad Ümid xəstəxanada dünyasını dəyişib


Tanınmış jurnalist Elşad Ümid vəfat edib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, iki həftədir xəstəxanada müalicə olunan jurnalist, səhər saat 4 radələrində dünyasını dəyişib.

Qeyd edək ki, Elşad Ümid ürək çatışmazlığından vəfat edib.

Milli.Az

---------
10:28

Böyütmək üçün şəkilə klikləyin.




---------
09:46



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.