Şou-biznes

Xoşqədəm Doğuşla ayrılıb?

9 Fevral 2025 21:45
Baxış: 4 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı türk mediasında müğənni həyat yoldaşı Doğuşla ayrılması haqda yazılan xəbərdən danışıb.

Milli.Az xəbər verir ki, bu haqda öz verilişində bəhs edib:

"Bizi də tez-tez boşadıb, evləndirirlər. Bir gün yol gedirdim. Türkiyədən rəfiqəm zəng etdi ki, güclü ol, yanındayam. Deyirəm, nə olub? Cavab verdi ki, bütün türk mediasının manşetidir ki, Doğuşla Xoşqədəm ayrılıb. Səbəb isə odur ki, atamla anam bizdə qalıb və Doğuş etiraz edib. Bunu mənim haqqımda yazsalardı ki, Xoşqədəm qayınanasına görə narazılıq edib, normaldı. Doğuş kimi adam bunu etməz. Doğuş kimi adam mənim valideynlərimə görə şərt qoyub, evi tərk etməz".

Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün əkiz övladı var. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.