Maraqlı

Toyda gəlinin bəyə kobud hərəkəti TƏNDİQ EDİLDİ - VİDEO

8 Fevral 2025 17:06
Baxış: 1 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyda gəlinin anasına qucaqladığı vaxt ərinin əlini itələdiyi anlar sosial mediada böyük maraq yaradıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hərəkətinə görə gəlin ərindən üzr istəmək məcburiyyətində qalıb.

Toyların birində qeydə alınan görüntülərdə gəlinin anasını qucaqladığı zaman əlini buraxmayan bəyin əlini itələnməsi diqqət çəkib. "Ərimin əlimdən asminoq kimi yapışması" başlığı ilə paylaşılan video qısa zamanda viral olub.

Videonu paylaşan gəlin bu hərəkəti səbəbi ilə həyat yoldaşından üzr istədiyini bildirərək, "O hərəkəti anama sarıla bilmədiyim üçün etdim. Ərimdən sonra üzr istədim" sözlərini qeyd edib.

Sosial media istifadəçiləri hadisə haqqında müxtəlif şərhlər yazıblar. Bəziləri gəlinin emosional anına fokuslandığını qeyd edərkən, digərləri isə istəmədən də olsa, bu hərəkətin qəribə olduğunu hesab etdiklərini bildiriblər.

Hüseyn 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.