Cəmiyyət

Azərbaycanlı müğənni əməliyyata pul axtarır - VİDEO - FOTO

8 Yanvar 2014 11:32
4 Şərh     Baxış: 5 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övladının xəstəliyi Azərbaycanın tanınmış  idmançısı Mir Əli Seyidovu insanlara əl açmağa vadar edib. Peşəkar idmançı oğlu, müğənni Rolan Seyidovun əməliyyatına pul toplamaq üçün sosial şəbəkə istifadəçilərinə üz tutub.

Sosial şəbəkədə Milli Ciu-citsu Federasiyasının prezidenti Mir Əli Seyidovun oğlunun ağır xəstə olduğu xəbəri yayılıb.
 

Milli.Az xəbər verir ki, paylaşmada bildirilir ki, federasiya prezidentinin oğlu Rolan Seyidovağır xəstədir və əməliyyat olunmalıdır.
  

Mir Əli Seyidov bir neçə il əvvəl həyat yoldaşı iflic olduğundan evini satıb əməliyyata ödəyib. Bu günə kimi də banklara pul ödəyir.  Sonra isə o, tələbələrini və öz övladlarını xaricə yarışa yollamaq üçün avtomobilini satıb. Buna baxmayaraq, idmançılar 2013-cü ildə 8 medal qazanıblar: 2 qızıl, 3 gümüş və 3 bürünc.
  

Hal-hazırda Mir Əli Seyidovun oğluna kömək etmək üçün heç nəyi qalmayıb. Əməliyyat təxminən 15 min dollara başa gələcək. Onların 3 min dolları var.

Hazırda Rolan və anası Ukraynanın Neyrocərrahiyyə Universitetindədirlər. Cümə axşamı əməliyyat olunmalıdır.

Tuncay Türbəndəzadə

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.