Şou-biznes

Röya konsertində narazılıq etdi - FOTO

28 May 2016 13:28
27 Şərh     Baxış: 9 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:28

Ötən gün Azərbaycanın əməkdar artisti, estrada ulduzu Röya Ayxanın növbəti konsert proqramı baş tutub. "Elektra Hall"un səhnəsinə çıxan müğənni sevilən mahnılarını klub tərzində səsləndirib. İlk olaraq rəqqasları ilə səhnəyə çıxan Röya, mahnılarından ibarət popurisini ifa edib. 

Milli.Az xəbər verir ki, konsertin xoşagəlməz məqamlarından biri Röyanın təşkilatçılardan narazı qalması olub. Əməkdar artist səhnədə təşkilatçılara öz etirazını bildirib.

-----------

12:48

"Elektra Events  Hall"da əməkdar artist Röya Ayxanın "Kesin bilgi" adlı konserti baş tutub.  Teleqraf.com xəbər verir ki, ağ paltarda səhnəyə çıxan Röya Ayxanı Ukraynanın məşhur rəqs qrupu müşayiət edib.

Əməkdar artist səhnədən fanatlarına səslənib: "Yaşın fərqi yoxdur, bütün fanatlarım xoş gəlib. Yaxın günlərdə İnstaqram-da mahnı paylaşdıq, hamı dedi ki, canlı ifa fonoqramadan daha gözəldir. Mahnıya sakit qulaq asırıq, mən dediyim vaxt qışqırarıq ki, özüm-özümü eşidim. Hər kəsə xoş əyləncələr arzu edirəm".

Tanınmış müğənni konsertdə bir çox mahnılarını səsləndirib.

Qeyd edək ki, konsertdə Zamiq Hüseynov, Sevil Sevinc bacıları və Tunar iştirak edib. Bildirək ki, mətbuata qapalı keçirilən konsertdə çəkiliş üçün yalnız Xəzər televiziyasına icazə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.