Şou-biznes

Xuraman Şuşalı: "Başımı bağladığıma görə..." - FOTO

24 May 2016 11:51
42 Şərh     Baxış: 9 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xuraman Şuşalı uşaqlarının dini tərbiyəsi ilə məşğul olduğunu deyib. 

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müğənni açıqlamasında uşaqlarının dini tərbiyəsi ilə məşğul olduğunu, lakin onları buna məcbur etmədiyini deyib:

"Uşaqlar o ab-havada böyüyürlər, müəyyən dini rituallara maraq göstərirlər. Onların dini tərbiyəsinə islamda çox əhəmiyyət verilir. Uşaqlar bir qədər böyüdükdən sonra onlara namazın sözlərini öyrədəcəm. Lakin unutmaq olmaz ki, islamda məcburiyyət yoxdur. Onları namaz qılmağa məcbur edə bilmərəm. Ən əsası uşaqlarımın haram yeməməsi və haram məclislərdə iştirak etməməsi üçün çalışıram".
 
X.Şuşalı başını bağlamasının işinə çox təsir etmədiyini də deyib: "Başımın bağlı olması işimə mane olmur. Ola bilər ki, daha az tədbirlərə dəvət olunum. Bu da məni narahat etmir, çünki naşükür insan deyiləm. Milyardlar qazanıb sonra o pulları dava-dərmana xərcləməkdənsə, az və halal pul qazanmağı üstün tuturam".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.