Şou-biznes

Tolik Mehriban Xanlarovaya cavab verdi: "Aygün Kazımovaya görə idi"

3 May 2016 13:01
1 Şərh     Baxış: 3 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mehriban Xanlarovanın prodüser Tolik (Tarix Əliyev) barəsində dediyi sözlər cavabsız qalmayıb.

Milli.Az bildirir ki, lent.az-a açıqlama verən prodüser qeyd edib ki, onun M.Xanlarovayla münasibətinin pozulmasına əsas səbəb xalq artisti Aygün Kazımovayla işləməsi olub: "Mənim indi Mehriban Xanlarovayla heç bir problemim yoxdur. "Maşın şou"da mən Aygün Kazımovayla işləyirdim. Həmin müddətdə də Aygün xanımla Mehriban arasında problem olduğuna görə mən də təbii ki, Aygün Kazımovanın cəbhəsində olmalıydım. Hazırda Aygün xanımla  işləməsəm də, münasibətlərim yaxşıdır. İndi o demək deyil ki, Aygün Kazımovanın düşmən olduğu adamlarla mən də düşmən olmalıyam. Normalda mənim Mehriban Xanlarovayla "salam-sağ olum" var. O vaxtı da "İnstagram" səhifəmdə onun bir videosunu paylaşmışdım, sonra sildim. Çünki gördüm ki, etikaya uyğun deyil".

Tolik M.Xanlarovanın onun barəsində söylədiyi "Tolik öz "İnstagram" səhifəsində nəsə yazmışdı, pərəstişkarlarım ona  hücum çəkəndən sonra yazdığını sildi", sözlərinə də münasibət bildirib: "Kimin fanatları? Mənimlə Mehriban xanımın "İnstagram" səhifəsindəki izləyiciləri müqayisə etsək, ondan düz 10 dəfə artıq oxunuram. Mənim 202 min, Mehriban xanımın 16 min izləyicisi var. İlk öncə mənim izləyicilərimə baxsın, sonra özünün. Amma buna baxmayaraq mən Mehriban xanıma demək istəyirəm ki, heç narahat olmayın, mən sizin xətrinizi çox istəyirəm. Bu şou-biznesdir, siz də bu aləmdə varsız. Mən sabah sizi haradasa görsəm, salam verəcəm. Bu o anlama gəlməsin ki, mən bu gün Aygün Kazımovayla işləmirəm deyə, Mehribanla münasibətim var. Yox, anlaşılmazlıq o vaxt olub, artıq hər şey qaydasındadır. Məndən yaşda böyükdür, hörmətini saxlayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.