Şou-biznes

Xanım sənətçimiz türk məşhurla nişanlandı - FOTOSESSİYA

29 Mart 2015 15:37
7 Şərh     Baxış: 33 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanlı müğənni-model Ləman Əlizadə Türkiyənin tanınmış prodüserlərindən olan Sipan Baburla nişanlanıb. Bu barədə Milli.Az-a L.Əlizadə özü məlumat verib:

"Sipan Baburla bir il öncə İstanbulda keçirilən musiqi festivalında tanış olmuşuq. O, Türkiyənin məşhur sənətçisi Ümit Sayının meneceridir. Festivalda mən də çıxış etdim və çıxışımı bitirdikdən sonra tanış olduq. Mənə iş təklif etdi. Bir müddət sonra isə mənimlə ailə qurmaq istədiyini bildirdi".

L.Əlizadə bildirib ki, gələcək həyat yoldaşı onun sənətinə qadağa qoymayacaq:
"Əksinə, o, mənim işlərimə kömək edəcək. Elə indidən Sipanın mənə çox köməyi dəyir".

Qeyd edək ki, Ləman Əlizadə Azərbaycanda bir müddət model kimi çalışıb. Hazırda həm Türkiyədə, həm də Azərbaycanda müğənni kimi fəaliyyət göstərir.

İntiqam Valehoğlu
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.