Şou-biznes

Xəzər TV-nin efirində BİABIRÇILIQ: İşə millət vəkili qarışdı - YENİLƏNİB - VİDEO

23 Yanvar 2015 16:50
59 Şərh     Baxış: 56 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:50

"Xəzər" televiziyasında yayımlanan "Hər şey daxil" verilişinin aparıcıları - Sevil-Sevinc bacılarının məsələsinə Milli Televiziya və Radio Şurasında (MTRŞ) baxılacaq


Bu barədə publika.az-a MTRŞ sədrinin müavini Qafar Cəbiyev açıqlama verib. Sədr müavini bildirib ki, sözügedən məsələyə sabah münasibət bildiriləcək:


"Gəlin tələsməyək. Bu məsələyə sabah qiymət veriləcək. İstənilən halda xoşagəlməz haldır. Şuranın iş qaydası belədir ki, gün ərzində baş verənlər monitorinq qrupu tərəfindən təhlil olunur. Ondan sonra şura rəhbərliyinə arayış təqdim olunur. Biz də baxıb qiymət veririk. İşə qurumun əsasnaməsinə uyğun şəkildə baxılır və qərar qəbul edilir. Bu hərəkətə görə xəbərdarlıq da ola bilər, irad da, cərimə də".
 

Qeyd edək ki, "Xəzər" telekanalında yayımlanan "Hər şey daxil" verilişinin bugünkü buraxılışında Sevil-Sevinc bacılarından biri Azərbaycan manatını canlı yayımda cırıb. Onların bu hərəkəti sosial şəbəkələrdə etiraza səbəb olub.


---------
13:33


"Xəzər TV-də Sevil-Sevinc bacılarının verilişinə baxmışam. Qızlar istedadlı olmalarına baxmayaraq Azərbaycan milli təfəkküründən uzaqdırlar və görünən budur ki, onlar ölkəmizdə böyüyüb formalaşmayıblar". 

Bunu "a24.az"a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bacılardan birinin canlı efirdə manatı cırmasına münasibətində deyib. Onun fikrincə, bacılarda milli şüur, milli mənlik problemi var: "Milli şüurun yetərincə olmaması, milli mənliyin kifayət qədər formalaşmaması onların bu davranışlarına gətirib çıxaran amillərdəndir. Yəqin ki, bu da onların milli valyutamıza münasibətini göstərir".

Deputat deyib ki, Azərbaycanın iqtisadi müstəqilliyinin atributlarından olan manata hörmətsizlik haramlığın ifadəsidir: "Bu, Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə təhdiddir. Bizim valyutamız həm də Azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin  göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqilliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur".

Aparıcının yol verdiyi səhvə görə cinayət tərkibinin olub-olmamasını deyə bilməsə də, F.Ağamalı hesab edib ki, bu, cinayətdən çox, insana təsir edən ictimai qınaqdır: "Əgər bu qınaq təkcə sizin saytınızda deyil, eyni zamanda Xəzər TV-nin özünə qədər gedib çatırsa və KİV-lərdə ictimai qınağa səbəb olursa, bu, özü-özlüyündə onlar üçün çox böyük cəza olardı".

Xatırladaq ki, bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil"  verlişində  dövlətimizi və millətimizi təhqir edən hərəkətə yol verilib. Belə ki, verliş başlar-başlamaz  verilişin aparıcıları olan Sevil-Sevinc bacılarından biri  kadr arxasından verilən Azərbaycan manatını alaraq digər əkizinə ötürüb. Digər bacı isə manatı musiqi sədaları altında cırıb.

---------
13:07

Xəzər Tv-nin efirində aparıcı müğənni bacılar oyun çıxarıblar.

Milli.Az xəbər verir ki, Xəzər Tv-də yayımlanan "Hər şey daxil" verilişində biabırçı anlar yaşanıb. Belə ki, Sevil, Sevinc bacılarının aparıcılıq etdikləri verilişdə bacılardan biri mahnı oxuyarkən bir manatlıq əskinası cıraraq yerə atıb.

"Borc ver" mahnısı oxuyan bacılar səhnəcik yaratmaq istəsələr də bu, uğurlu alınmayıb. Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.