ATV telekanalının aparıcısı Zaur Baxşəliyev son günlər şeirlər yazaraq, onları İnstaqram səhifəsində paylaşır
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı dünən yeni bir şeir paylaşıb.
Zaur Baxşəliyevin həmin şeirini təqdim edirik:
Düşmən külək kimi əsər, gözə dəyməz yeli yıxar
Hardan desən vurar, kəsər, balta kimi beli yıxar.
Dosta dönüb dona girər, bala dönər zəhəri də
Xırda-xırda, birər-birər parçalayar içəridən.
Gah dostumu düşmən bildim, gah namərdə arxalandım
Ayılıb günümə güldüm, nehrə kimi çalxalandım
Üzümün yağın namərdlər, ayranımı dostlar içdi.
Nə ayranımdan verdilər, nə yağımda yemək bişdi.
Yenə qapımı döyən var, qalxım görüm kimdir gələn
Ya bir yığın dost olacaq, ya da bir yığın düşmən.
Milli.Az





