Hüseyn Dərya öldü - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
16:10
Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın ölümü ilə nəticələnən yol qəzası faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Bu barədə Trend-ə Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Bu maddə üzrə günahı sübuta yetirilən şəxs üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
---------
13:44
Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl aldığı daxili kəllə-beyin travmasından dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Trend-ə bildiriblər ki, H.Dərya dünən 23:30-da xəstəxanaya qəbul edilib. Həkimlərin cəhdinə baxmayaraq bu gün səhər 9:20-də vəfat edib. Onun hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra açıqlanacaq.
13:19
Milli.Az show.az-a istinadən bildirir ki, ötən gün avtomobil qəzasına düşən repçi Hüseyn Dərya bu gün vəfat edib. Bu barədə məlumat verən prodüser Sayqa Cahid bildirib ki, ciyərlərinin zədələnməsi ucbatından daxili qanaxma baş verib və repçi bu gün dünyasını dəyişib.
"Ötən gün ağır qəza keçirib. Ayağından əməliyyat olunmuşdu. Danışmağa halı yox idi. Gecə ciyərləri dağıldığı üçün qanaxma olub. Bu gün artıq Hüseyn Dərya vəfat etdi."
---------
12:54
Milli.Az xəbər verir ki, Facebook-da Hüseyn Dəryanın ölüm xəbəri yayılıb.
Xəzər rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, bir neçə dəqiqə əvvəl H.Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
Xəstəxanadan bildirildi ki, reper bir neçə dəqiqə əvvəl daxili qanaxma keçirib. H.Dəryanın meyiti artıq morqa verilib.
----------
09:15
Dünən saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpılıb.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə ilə bağlı təcili yardıma saat 23:10-da cağırış olub. H.Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya bildirilib ki, qəza nəticəsində H.Dərya yüngül kəllə-beyin travması alıb və sağ ayağı sınıb.
---------
00:09
Milli.Az bildirir ki, qəzaya düşmüş avtomobilin sükanı arxasında Hüseyn Dərya olub.
Xəstəxanadan verilən məlumata görə, H.Dərya hazırda reanimasiya şöbəsindədir. Onun ayağı sınıb, ağır xəsarətlər alıb.
------------------
14.03.2014
23:16
Tanınmış azərbaycanlı reper Hüseyn Dərya yol qəzasına düşüb.
Milli.Az bildirir ki, onun olduğu "99 EK 575" nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.
H.Dərya ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Anar Məmmədov
Milli.Az
----------
12:54
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
---------
11:53
Böyütmək üçün şəkillərə klikləyin.
---------
09:15


DİGƏR XƏBƏRLƏR
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





