Tanınmış teleaparıcı Rövşanə Bektaşinin Milli.Az-a müsahibəsi.
- Necə oldu ki, aparıcı oldunuz?
- Mən özümdə aparıcılığa olan həvəsi uşaqlıq illərində hiss etmişəm. Bu sənəti sevmişəm. Bunun nəticəsi oldu ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında çalışmağa başladım. Təqribən dörd il orada işlədikdən sonra "Space" telekanalında səhər verilişinin aparıcısı oldum. On ilə yaxın bu kanalla əməkdaşlıq etdim. 2009-cu ildən isə ANS telekanalında çalışıram.
- Bu peşəni seçəndə ailə üzvlərinizdən etiraz edənlər oldu?
- Əvvəlcə anam bir az narazılığını bildirdi. Lakin zaman keçdikcə o da mənim sənətimi qəbul etdi və mənə dəstək olanlardan biri oldu.
- İkinci sənətiniz var?
- Bəli. Özəl universitetlərdən birində ədəbiyyatdan və jurnalistikadan dərs deyirəm.
- Aparıcılıq çətindir, yoxsa müəllimlik?
- Mənə görə, aparıcılıq daha çətin və məsuliyyətli peşədir.
- Canlı yayımda hansı maraqlı anları yaşamısınız?
- Belə vəziyyətlər çox olub. Bilirsiniz, mən çox tələskən insanam. Hər işimi tələsik görürəm. Sanki məni kimsə qovur. Bunun nəticəsində də canlı yayıma köynəyimi və ayaqqabımı tərs geyinib çıxdığım və s. anlar olub (gülür).
- Daha çox nəyə qarşı mübarizə aparırsınız?
- Ədalətsizliyə qarşı.
- Hansı insanları görməyə gözünüz yoxdur?
- Yalançı və riyakar insanları.
- Nədən çəkinirsiniz?
- Mən həyatda elə də çəkingən insan deyiləm. Deməzdim ki, konkret nədənsə çəkinirəm. Amma elə məqamlar olur ki, orada səhv addım atacağımdan ehtiyat edirəm və geri çəkilirəm. Belə məqamlarda gözümün qabağına qızım gəlir. Yalnız onu düşünürəm.
- Ağlınızla hissinizin arasında qalanda nə edirsiniz?
- Çox vaxt ağılla hərəkət edirəm. Lakin bəzən ağlım hisslərimə məğlub olur. Bu da bəlkə, çox səbirsiz olmağımdan irəli gəlir. Bütün bunlara baxmayaraq, yenə də hisslərimin qurbanı olmuram. Özümü vaxtında ələ almağı bacarıram.
- Sizə qarşı olunan ittihamlara qarşı necə cavab verirsiniz?
- Susmaqla. Ümumiyyətlə, mənə çox zaman deyirlər ki, sən efirdə çox danışırsan, qonaqların sözünü kəsirsən və s. Amma mən nahaq deyilən sözə müdaxilə etməyəndə özümü çox narahat hiss edirəm.
- Geyimlərinizi seçərkən hansı amillərə üstünlük verirsiniz?
- Çox zaman klassik geyimlərə üstünlük verirəm. Sadəliyi sevirəm. Ayaqqabı həvəskarı olduğum üçün ona kifayət qədər çox pul xərcləyirəm.
- Nəyə nifrət edirsiniz?
- Yalana çox nifrət edirəm.
- Sizdə qısqanclıq hissi hansı dərəcədədir?
- Məndə onun dərəcəsi yoxdur (gülür).
- Özünüzdə aşkarladığınız ən böyük nöqsan hansıdır?
- Həddindən artıq səbirsiz və emosionalam. Bəzən bu səbirsizliyim peşmançılıqla nəticələnir.
- Sizdə nələr kompleks yaradır?
- Xarici görkəmimdən narazı deyiləm. Hələ ki, heç nə kompleks yaratmır. Sadəcə olaraq, istəyərdim boyum bir az hündür olsun.
- Özünüzdə hansı dəyişiklik etmək istərdiniz?
- İndi heç nə. Amma ola bilər ki, iyirmi ildən sonra üzümün qırışlarını dartdırım (gülür).
- Həyat yoldaşınızın sizin geyiminizdən narazı qaldığı hallar olurmu?
- Bəli, belə hallar olur. Çalışıram ki, onun fikirlərini bacardığım qədər nəzərə alım və onun dedikləri ilə razılaşım.
Cavidan Abdullayev
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Aparıcı Rövşanə Bektaşi: "Yalnız onu düşünürəm..." - FOTO
7 Yanvar 2013 09:30
16 Şərh
Baxış: 31 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Balaəli: “Çin ayrıdır, "Kitay" ayrı, Şimali və Cənubi Koreya, Yaponiya "Kitay"a DAXİLDİR"
-
"Boşanma ilə bağlı ilk mən müraciət etmişdim" - Tanınmış xanəndə
-
Samirə 25 kq arıqlayıb BELƏ OLDU - VİDEO
-
"Nüşabənin, Gülüstanın evində oturub qeybətimi qırırsan, UTANMIRSAN?
-
Elşad Xose azadlığa buraxıldı
-
Sıla Bakıda "Ayrılıq"ı oxudu - VİDEO
XƏBƏR LENTİ
-
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
İqbal Ağazadənin kabinetində əməliyyat keçirilib? - AÇIQLAMA
-
"Qalatasaray" niderlandlı ulduzu ALIR
-
Prezident və birinci xanım İsveçrəyə səfərə gedib - FOTO
-
BÜRCLƏR üçün həftənin şanslı günləri
-
"Əziz valideynlər, uşaqlarınız danışa bilmirsə..." - Jurnalistdən ÇAĞIRIŞ
-
Nəsiminin qaçdığı mərkəzə cinayət işi açıldı
-
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
-
Qazi virusdan öldü - FOTO
-
“Qarabağ”a 3 qol vurmuşdu - indi məşqçi kimi Bakıya gəlir
-
Wolt Azərbaycanda tətbiqin yenilənmiş versiyasını təqdim edir: platforma yemək çatdırılmasından kənara çıxaraq inkişaf edir
-
Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
Balaəli: “Çin ayrıdır, "Kitay" ayrı, Şimali və Cənubi Koreya, Yaponiya "Kitay"a DAXİLDİR"
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
Ermənilərin "2-ci Mübariz" adlandırdığı Vüqar "Doni", qəhrəman ŞƏHİDİMİZ - VİDEO
-
İcra başçısının müavini ərinin videosuna görə ərizə yazdı
-
Onlar İTV Yayım Şurası üzvlüyünün yeni namizədləridir
-
Toy edənə toy tuturlar - Şadlıq evlərində kəskin bahalaşma var
-
Həmin ölkələr Qəzzaya 1 milyard dollar verməlidir
-
"Qarabağ" - "Ayntraxt Frankfurt" matçının hakimi bəlli oldu
-
İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
-
Lənkəranda yağışlar fəsada səbəb oldu - FOTO
-
Nazirliyin tenderi davam edir, mühafizə isə artıq dəyişib - İDDİA
-
Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb















