Ermənilərin "2-ci Mübariz" adlandırdığı Vüqar "Doni", qəhrəman ŞƏHİDİMİZ - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Vüqar İsmayılovun (Doni ləqəbli) xatirəsinə həsr edilmiş videomaterial yayılıb.
Milli.Az xəbər verir ki, görüntülər onun adını daşıyan və qəhrəmanlığına ithaf edilən bulağın qarşısından paylaşılıb.
Bildirilib ki, şəhid Vüqar İsmayılovun həlak olmasından sonra ermənilər sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək "İkinci Mübariz İbrahimovu məhv etdik" kimi ifadələr işlədiblər.
Məlumata görə, V. İsmayılov 44 günlük Vətən müharibəsi zamanı yaralanıb və hərbi hospitalda müalicə alırmış. Lakin Xankəndi istiqamətində əməliyyatların başladığını eşidən kimi müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə qayıdıb və döyüşlərə qoşulub.
Şəhidin döyüş zamanı öz dəstəsindən ayrılaraq düşmənə qarşı təkbaşına irəlilədiyi, yaralı olmasına baxmayaraq mübarizəni davam etdirdiyi bildirilir. Çətin və keçilməz ərazidə gedən döyüşlər zamanı Vüqar İsmayılov qəhrəmancasına şəhid olub. Ərazinin mürəkkəbliyi səbəbindən onun nəşini döyüş meydanından yalnız iki gün sonra çıxarmaq mümkün olub.
Qeyd edək ki, İsmayılov Vüqar Məmmədqasım oğlu 1992-ci ilin oktyabr ayının 17-də Şabran rayonunda sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biri, evin böyük oğlu idi.
Orta məktəbi bitirdikdən sonra, 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb. Orta məktəbdə oxuyarkən həm də idmanla, sambo ilə məşğul olub. Hərbi xidmətini başa vurduqdan sonra isə həyatını yenidən hərb ilə bağlayıb. 6 il Daxili Qoşunlarda, sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərib. Kiçik leytenant hərbi rütbəsini daşıyıb.
2016-cı il Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin, 2022-ci il "Qisas" əməliyyatının və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatının iştirakçılarından olub.
Antiterror əməliyyatı zamanı, 19-dan 20-nə keçən gecə qəhrəmancasına Şəhidlik məqamına ucalıb. Nəşi isə 3 gün sonra, sentyabrın 23-də Şabran rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidin atası İlqar İsmayılov oğlunun vətənpərvərliyindən danışıb: "Vətənini o qədər sevib ki, düşmənin üstünə gözünü qırpmadan gedib. Son damla qanına qədər vuruşub. Babası ona "Doni" ləqəbi vermişdi. Böyük Vətən müharibəsində iştirak edə babasının yolunu getdi".
Şəhidin dostu Heydər Həşimov isə Vüqarın Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib.
"Deyirdi ki, neytralda heç vaxt şəhid qoymamışam. Gözləyirdim, duman olan kimi gedib gətirirdim. 3 gün mühasirədə qalmışdı. Yaralı halda 5 ermənini öldürmüşdü", - o söyləyib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsmayılov Vüqar Məmmədqasım oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Musa
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu





