Şou-biznes

“Xəyanət etmişəm ki, ruhum sakitləşsin” – Nüşabədən etiraf - VİDEO

10 Aprel 2025 08:02
Baxış: 10 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nüşabə Musayeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Tarixin bir günü" verilişində qonaq olan ifaçı həyatında olan şəxsə xəyanət etdiyini etiraf edib:

"Mənə xəyanət olunandan sonra etmişəm. Xəyanətə məruz qalmışam və etmişəm. Etmişəm ki, ruhum sakitləşsin. Yaxşı da etmişəm. Bu, sevdiyim insana qarşı olub.

O, mənə xəyanət edib, mən də ona. Təbii ki, ondan sonra da ayrılmışıq, qapını bağlamışam. Mən ya varam, ya yoxam.

İlk gündən deyirəm ki, xəyanət edəcəksənsə, mən yoxam. Sonra barışdıq, gülə-gülə cavab verməyi çox sevirəm, biz birlikdə ola-ola ona xəyanət etdim". (Bizim.Media)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.