İdman

Ançelottidən Arda Gülərlə bağlı radikal qərar - Matçdan 2 saat əvvəl açıqladı

14 Aprel 2025 10:28
Baxış: 5 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Alaves"lə oyuna iki saat qalmış start 11-i açıqlayıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, baş məşqçi Karlo Ançelotti milli futbolçu Arda Güləri start 11-ə daxil etməklə təəccüblü qərar verib.

Son 13 La Liqa matçında bir dəfə ilk 11-ə girə bilən Arda iki həftə əvvəl keçirilən "Leqanes" matçından sonra start heyətində yer alıb.

Mendizorrotza stadionunda oynanılacaq qarşılaşma üçün Ançelotti Vinisius Junior və Jude Bellinqhem kimi ulduz futbolçuları ehtiyat oyunçular skamyasında buraxıb.

İtaliyalı məşqçinin həftə ərzində keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin "Arsenal"a qarşı cavab oyunu ilə iki ulduzuna istirahət verdiyi düşünülür.

Real Madridin "Alaves" matçına start 11-liyi belədir: Tibo Kurtua, Lukas Vaskes, Raul Asensio, Antonio Rüdiger, Fran Qarsiya, Federiko Valverde, Aurelien Çuameni, Eduardo Kamavinqa, Arda Gülər, Kylian Mbappe, Rod Mbappe.

Fidan
Milil.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.