Siyasət

Ermənistanda cəbhəyə kasıb balaları göndərilir - FOTO

21 Aprel 2017 14:15
33 Şərh     Baxış: 1 825

Qoşunların təmas xəttində nə qədər oliqarx oğlunun hərbi xidmət keçdiyini bilmirəm. Çünki hüquqi cəhətdən "oliqarx" anlayışı müəyyən edilməyib.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bununla yanaşı o bildirib ki, ön xətdə yalnız kasıb ailələrin övladlarının hərbi xidmət keçdiyi barədə səsləndirilən fikirlər əsassızdır.

"Ölkədə əhalinin kasıb təbəqəsi üstünlük təşkil edir. Bu səbəbdən də sərhəddə qulluq edən əsgərlərin çoxu aztəminatlı ailələrin övladlarıdır", - deyə nazir bildirib.

Ermənistanda əhali oliqarx övladlarının ön xətdə deyil, İrəvanda hərbi xidmət keçməsinə etiraz edir. Son günlər isə bu məsələ KİV-də də geniş şəkildə işıqlandırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.