Siyasət

ATƏT sədri cavabı ilə erməniləri məyus etdi - YENİLƏNİB

20 Yanvar 2017 17:50
3 Şərh     Baxış: 3 135

17:50

Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Yerevanın "Mediamax" agentliyinə müsahibəsində erməniləri məyus edib.

Milli.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, erməni jurnalistləri Sebastyan Kurtsa danışıq prosesində "DQR"in iştirakı ilə bağlı sual veriblər: "Bəlkə, Dağlıq Qarabağa səs hüququ verməyə dəyər?"

ATƏT-in qüvvədə olan sədrinin cavabı birmənalı olub: "Danışıqları Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentləri aparır və bütün əlaqədar tərəflər bu formatda təmsil olunublar".

ATƏT sədri onu da əlavə edib ki, Minsk Qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geriyə addımlarla yadda qaldı. Bununla belə, qurum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq.

----------

15:30

"ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq".

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Ermənistanın "Mediamax" agentliyinə müsahibəsində Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.

Onun sözlərinə görə, Minsk qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geri addımlarla yadda qaldı.

Nazir bütün bunlara baxmayaraq, Avstriyanın ATƏT sədri olaraq sülh prosesinin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcəyini deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.