Siyasət

"Yazıq Serjik..."

1 İyul 2016 14:20
Baxış: 2 411

Milli.Az xəbər verir ki, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə axar.az-a istinadən bildirib ki, Ermənistan Baş Prokurorluğu aprel döyüşləri barədə açıqlama verib.

Millət vəkilinin sözlərinə görə, məlum olub ki,

- təmas xətti boyunca dislokasiya olunmuş hərbi hissələrin müdafiə xətti düzgün qurulmayıb;

- qarşı tərəfin artilleriya atəşindən qorunmaq üçün sığınacaqlar olmayıb;

- mövcud sığınacaqlar standartlara cavab verməyib;

- təmas xətti boyu bölmələrdə hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsi aşağı olub;

- silah-sursat çatışmayıb;

- ərzaq və digər təminatlar aşağı səviyyədə olub.

Daha sonra vəziyyətin hansı nəticələrə gətirib çıxara biləcəyini deyən A.Mirzəzadə Ermənistan prezidentinə münasibətdə ironiyasını da gizlətməyib: "Bu açıqlamasından Ermənistan baş prokurorunun sonra vəzifədə qalacağı və azad ediləcəyi böyük şübhə doğurur. Çünki bütün bu çatışmazlıqlara görə məsuliyyəti birbaşa Ermənistanın ali baş komandanı, həmçinin prezidenti olan Serjik Sarqsyan daşıyır. Yazıq Serjik. İşi törədənlər Andronik, Mikoyan, Silva Kaputikyan, Zori Balayan, Robert Koçaryan, axırda isə o cavab verməli olur. O ki vur-tut Xocalıda 613 nəfər qadın, qoca, uşaq öldürüb..."

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri dördgünlük müharibədə 322 erməni əsgərin öldüyünü, 1000-ə yaxın hərbçinin yaralandığını, morqlarda ölülərə, xəstəxanalarda yaralılara yer tapılmadığını, yaralıların müalicəsi üçün dərman çatışmadığını bildiriblər. Ümumiyyətlə, ermənilərin 1-17 aprel tarixlərində itkilərinin sayı qeyri-rəsmi olaraq 339 nəfər olduğu bildirilir.

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.