Rəsmi Bakı: Ermənistan öz xalqını sülhə hazırlamalıdır
Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan tərəfindən yenə də Vyana görüşlərinin mahiyyəti təhrif edilir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib.

Milli.Az xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın dediklərini şərh edərkən deyib

XİN-nin sözçüsü qeyd edib ki, Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır:

"Atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəminin yaradılmasıdır. Münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi isə qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan Ermənistanın işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük".
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır. Bu ayın axırında isə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi





