Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında olub. Milli.Az xəbər portalının Baş Qərargahın internet saytına istinadən verdiyi məlumata görə, Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İşık Koşanerlə görüşüb. Görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilmir.
Milli.Az