Əli Həsənov: "Gəncənin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Azərbaycan üçün qürurverici bir haldır"
"Avropa Gənclər Paytaxtı" Avropa Gənclər Forumunun 2009-cu ildən həyata keçirdiyi çox mühüm beynəlxalq layihədir və Gəncə şəhərinin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi, sözün həqiqi mənasında, Azərbaycan üçün, bütün Azərbaycan gəncləri üçün qürurverici bir haldır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, ilk dəfə olaraq, Avropa Gənclər Paytaxtı titulunu Aİ üzvü olmayan bir ölkə - Azərbaycan qazanıb: "Bəlkə də buna görə bu gün Azərbaycan xalqının, Azərbaycan gəncliyinin fəxarət hissi duymağa tam haqqı var. Biz Avropanın tərəfdaşıyıq, Avropa ilə tərəfdaşlıq əlaqələrinə malikik, bütün sahələr üzrə Avropanın mədəniyyətini, sivilizasiyasını Azərbaycanda da yaşadırıq, inkişaf etdiririk, ona əlavə Şərq mədəniyyətini, mentalitetini, milli-mənəvi dəyərlərini əlavə edərək dünya sivilizasiyasına öz töhfələrimizi veririk".
PA rəsmisi Azərbaycan gənclər siyasətinə də toxunub: "Hər beş ildən bir Azərbaycanda gənclər siyasəti üzrə dövlət proqramı hazırlanır. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" çərçivəsində Azərbaycan gənclərinin mədəni, mənəvi, fiziki və digər inkişafı ilə bağlı bütün sahələr üzrə kompleks tədbirlər həyata keçirilir".
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda gənclər siyasətini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları Avropa strukturları ilə çox sıx konstruktiv əməkdaşlıq yarada bilib: "Bunun da nəticəsidir ki, bu gün Avropada və dünyada gənclərlə bağlı elə bir tədbir yoxdur ki, orada Azərbaycan təmsil olunmasın. Azərbaycan gənclərinin dünya gəncləri sırasında qabaqcıl sıralarda təmsil olunması ona gətirib çıxarıb ki, məhz Azərbaycan Avropa ölkələrindən kənarda Avropa Gənclər Paytaxı statusuna layiq görülüb".
Prezidentin köməkçisi qeyd edib ki, hazırda dünyada 14-29 yaş arasında olan gənclərin sayı əhalinin ümumi sayının 28 faizini təşkil edir: "Avropada bu rəqəm müvafiq olaraq 21 faizdir. Azərbaycanda bu rəqəm 29 faizə yaxındır. Gəncə şəhərində isə bu rəqəm Azərbaycan üzrə lider göstəricilərdən biridir - 30 faiz. Statistika da göstərir ki, Gəncə Azərbaycan şəhərləri sırasında Avropanın gənclər statusunu qazandığı ən layiqli şəhərlərindən biridir".
Ə.Həsənov deyib ki, Azətbaycan son 20 ildə Cənubi Qafqazın multikultural bir mərkəzinə çevrilib: "Azərbaycan müxtəlif nominasiyalı beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu proses davam edir. Gəncə şəhəri də bu il Avropa Gənclər Paytaxtı kimi diqqət mərkəzində olacaq. Cari ildə təkcə bu şəhərdə 250-dən çox tədbir planlaşdırılır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)
-
UEFA Çempionlar Liqası: "Sabah" və "Barselona"nın start heyətləri açıqlanıb
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto)
-
Eldəniz Zeynalovun ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
Elmira Şabanova ilə vida mərasiminin vaxtı və yeri açıqlandı - Yenilənib
-
“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Küləklə bağlı xəbərdarlıq
-
Qvardiola İtaliya millisinin təklifindən imtina edib
-
"Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub" - Manana Çaparidze
-
Mbappe Çempionlar Liqasında Fransa futbol tarixini yenidən yazdı
-
Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verildi - (Foto/Video)
-
Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü - 652 bal toplamışdı
-
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
-
Azərbaycanda 1 milyondan çox insanın pensiyası artacaq - Rəsmi
-
ABŞ-də polis maşınında “Bakılı balası” - (Video)
-
Murad Süleymanov vəzifəsindən azad edildi
-
“Tağıyev: Məktəb” filmi “Oskar”a daha bir addım yaxınlaşdı
-
Noyabr ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb
-
Lukaşenko Belarusun növbəti liderinin kim olacağını açıqladı
-
8 həftədə 4 il gəncləşmək mümkündürmü?
-
Narkotik əməliyyatında saxlanılan məşhurların görüntüləri yayıldı - (Video)





