Cəbhə xəttində ötən gecə yaşananları ANS-in Qazaxa ezam olunmuş xüsusi müxbiri Natiq Nailəoğlu da izləyib.
ANS TV-nin məlumatına görə, Qazaxın ən çox atəşə məruz qalan kəndlərindən olan Quşçu Ayrımda ötən gecə yaşananların şahidi olub.
Natiq Nailəoğlu Quşçu Ayrım kəndinin intensiv atəşə məruz qalsa da, sakinlərin kənddən çıxmadığını deyir: "Jurnalist məlumat verib ki, Quşçu Ayrım kəndi köçüb. Ancaq faktiki olaraq millət kənddədir. Görürsünüz özünüz. İndi çıxmaq olar, qadınlar uşaqlar çıxa bilərlər, hamilə qadınlar çıxa bilərlər. Əgər əli silah tutan varsa, niyə kimsə buradan çıxmalıdır? Niyə bizim kişilərimiz Vətəni qoyub çıxır ki? Mən buradan çıxım, sən oradan çıx, kim qorusun Vətəni?"
Həsənovlar Quşçu Ayrım kəndində yaşayan sadə ailələrdən biridir. Bir neçə gündür kəndin intensiv atəşə tutulması başqa ailələr kimi onları da ehtiyatlı davranmağa məcbur edib. Lakin günlərdir atəşə tutulan kəndlərini nəinki tərk eləmək istəmir, heç bu barədə düşünmürlər də. O ki qaldı Quşçu Ayrıma, bu kənd Ermənistan silahlı birləşmələrinin mövqelərindən 200 metr məsafədə yerləşir.
Quşçu Ayrıma daxil olan yollardan birindəyik. Bu yol artıq 5 gündür ki, intensiv olaraq, qarşıdadakı dağda və həmçinin bu dağın yaxınlığında olan ərazidə yerləşən Ermənistan mövqelərindən mütəmadi atəşə tutulur. Buna görə də yolda sükutdur. Avtomobillərin hərəkəti yalnız gecə saatlarında işıqlarını yandırmadan mümkün olur.
Kənd sakinləri hədəfə tuş gəlməmək üçün ehtiyatlı davranır və qarşı tərəfin aydın şəkildə müşahidə edə biləcəyi əraziyə çıxmırlar. Günorta saatlarında sükuta qərq olan Quşçu Ayrım gecəyə doğru canlanmağa başlayır. Kənd ağsaqqalları və gəncləri Quşçu Ayrımın mərkəzinə yığışaraq baş verənləri təhlil edir və hadisələrin sonunu səbrlə gözləyirlər.
Kənd sakini Füzuli İsmayılov atəşkəsin adətən gecə saatlarında pozulduğunu deyir: "Bir də görürsən gecə səhərə qədər atırlar. Camaat yatmır".
Kənd sakini Xədicə Əhmədova evini boş qoyub heç yerə getmək fikrində olmadığını deyir: "Öləcəmsə, burada öləcəm. Bizi qoruyan əsgərlərin canlarına, özlərinə qurban. Bəs onlar bizi niyə qoruyurlar? Onlara güvənib biz də burada dururuq."
Milli.Az
Siyasət
"Əgər əli silah tutan varsa, niyə kimsə buradan çıxmalıdır?"
3 Avqust 2014 17:21
0 Şərh
Baxış: 3 791
DİGƏR XƏBƏRLƏR
-
Prezident Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
-
İsrail ABŞ-la 10 illik hərbi yardım sazişi imzalamağı planlaşdırır
-
Rəqabətdən ittifaqa: Ankara və Ər-Riyad Yaxın Şərq oyununun qaydalarını dəyişir
-
4 müavini olacaq - Fərman
-
Şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimə tətbiq olunacaq
-
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi
XƏBƏR LENTİ
-
Hələ "Liverpul"a gəlməyib, 4 ulduz futbolçu İSTƏYİR
-
Tanınmış cərrah vəfat etdi - FOTO
-
Sığorta ilə verilən dərmanlar aptekdən belə əldə olunacaq
-
"Ərdoğanın Ermənistan üçün yardım xəbəri saxtadır" - Rəsmi açıqlama
-
Prezident Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
-
Baloğlan Əşrəfovun nəvəsi ilk dəfə EFİRDƏ: məşhur müğənni göz yaşı tökdü - VİDEO
-
DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı
-
"76 növ dərman vasitəsi vətəndaşlara təqdim olunacaq"
-
Bu xidmət mütəxəssis konsultasiyası ilə birlikdə 15 500 manatdır
-
İsrail ABŞ-la 10 illik hərbi yardım sazişi imzalamağı planlaşdırır
-
"Bu proses 3,5 milyon nəfəri əhatə edəcək"
-
Prokurorluqdan hakimin oğlunun intihar etdiyi hadisə ilə bağlı AÇIQLAMA
-
Məşhur qapıçı saxlanıldı - FOTO
-
"Qeyri-formal məşğul əhali sığortalı qismində özləri çıxış edəcək"
-
Türkiyədə müalicə alan Vüsalə belə görüntüləndi - FOTO
-
Ağır QƏZA: Ata öldü, 6 yaşlı oğlu yaralandı
-
2 BOKT-un vəzifəli şəxsi cərimələndi
-
İcrabi Tibbi Sığorta çərçivəsində ən çox icra olunan əməliyyatlar açıqlanıb
-
Onların gəlirlərinə 2 faiz sığortahaqqı tətbiq ediləcək
-
Gərgin dövr başa çatır:Taleh 3 bürcə güləcək
-
"Məhkumlara göstərilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına olacaq" - 200 min manat ayrılacaq
-
Aldığı şokoladdan aboy bıçağı çıxdı - VİDEO
-
"BakuBus"ın avtobusu yük maşını ilə toqquşdu - FOTO
-
Həmin qəzada ölən 28 yaşlı Mətinin FOTOsu





