Siyasət

Cəbhədə şiddətli atışma: şəhid olmuş Azərbaycan hərbçilərinin sayı 9-a yüksəlib - YENİLƏNİB - VİDEO - FOTO

1 Avqust 2014 17:35
1 Şərh     Baxış: 119 157
17:35

Qazax rayonunun Kəmərli kəndində atışma zamanı həlak olan 37 yaşlı İsa Almazov və Tərtər istiqamətində gedən döyüşdə həlak olan Vüqar Poladov bu gün torpağa tapşırılıblar.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhid İsa Almazov bu gün doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb.
Rayon rəhbərliyi və Müdafiə Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi mərasimdə nazirlik nümayəndəsi çıxış edərək İsa Almazovun göstərdiyi şücaətdən söhbət açıb. Hərbiçilərin müşayiəti ilə şəhidin cənazəsi məzara qoyulduqdan sonra yaylım atəşi açılıb.

Qeyd edək ki, 4 uşaq atası olan İsa Almazovun bir müddət öncə əkiz övladları dünyaya göz açıb.
Daha bir şəhid, Tərtər istiqamətində gedən döyüşdə həlak olan Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini Vüqar Poladov da bu gün kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidlik zirvəsinə ucalan 19 yaşlı gənc, ailənin 3-cü övladı olub və onun hərbi xidmətinin bitməsinə 60 gün qalmışdı.

----------
14:29


Ötən gün cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Əhmədov Qaryağdı Eldar oğlu dəfn edilib.

APA-nın xəbərinə görə, Qaryağdı Əhmədov Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. 
 
Müddətdən artıq xidmət edən 1992-ci il təvəllüdlü Q. Əhmədov Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub.

----------
14:12

Erməni Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə anspress-ə Tovuz Rayon İcra hakimiyətindən məlumat veriblər. Bildirlib ki, ötən gecə erməni hərbi birləşmələri Əlibəyli kəndi istiqamətində atəşkəsi pozublar. Atəşkəsin pozulması intensiv xarakter almayıb: "Sakinlər və həbçilərimizin xəsarət almayıb. Hazırda bölgədə sakitlikdir. Mövqelərimiz atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub".

İcra hakimiyyətindən həmçinin bildiriblər ki, Ermənistanla ön cəbhədə düşmənin təxribatlarının qarşısının alınması istiqamətdə döyüşdə şəhid olan daha bir hərbçinin biri Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladovdur. Onun rayonun Aşağı Öysüzlü kəndindən olduğu bildirilir: "Hazırda onun cənazəsi rayona gətirilir".

Allah rəhmət eləsin!

---------
13:54

Ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan Azərbaycan Ordusunun giziri Almazov İsə Ziyad oğlu doğulduğu kənddə dəfn edilib.

Qazax Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə, İsə Almazovun 4 övladı var.

---------
13:26

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb

Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.
 
APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.
 
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.

----------
12:55

Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.

APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olublar:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış  Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi isə yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.

-----------
12:35

Xəbər verdiyimiz kimi, ötən gecə cəbhə bölgəsində baş verən intensiv atışmalarda Azərbaycan ordusu 8 şəhid verib.

Qafqazinfo şəhidlərdən biri - Əhmədov Qaryağdı Eldar oğlunun - fotosunu təqdim edir. Qeyd edək ki, fotonu sosial şəbəkədə şəhidimizin dostları paylaşıb.

Xatırladaq ki, Müdafiə Nazirliyi şəhidlərin sayı ilə bağlı heç bir açıqlama verməyib. Bu gün səhər nazirliyin saytında yayılan rəsmi məlumatda 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsa Ziyad oğlunun şəhid olduğu qeyd olunub.

----------
11:56

Ötən gecə cəbhə xəttinin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olmuş Azərbaycan hərbçilərindən ikisinin kimliyi məlum olub.

APA-nın məlumatına görə, bunlar hərbi qulluqçular Vüqar PoladovElnur İbrahimovdur.

----------
09:47

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 71 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
 
Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
 
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
 
Düşmən cavab atəşi ilə susdurulub.

----------
09:38

Ermənilərin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçmək cəhdinin qarşısı alınıb, şiddətli atışmadan sonra düşmən bölmələri xeyli itki verərək geri çəkilib

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.
 
APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.
 
Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.
 
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
 
Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
 
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
 
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
 
Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.
 
Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

----------
09:03

Avqustun 1-inə keçən gecə Qazax rayonunun Cəfərli kəndində Azərbaycan və Ermənistan silahlı qüvvələri  arasında atışma olub. Qazax sakinlərinin musavat.com-a verdikləri məlumata görə, atışmada Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət edən zabiti şəhid olub.

Dəqiqləşdirilmiş  məlumata görə, Cəfərli kəndində gedən atışmada həlak olan Namazov İsa Ziyad oğludur. O, 1977-ci ildə anadan olub. Ailəli idi. 4 övladı var.

4 nəfər yaralı isə Şəmkir Hospitalına aparılıb.

Milli.Az

----------
17:35

Böyütmək üçün şəkillərə klikləyin.



----------
17:28



---------
17:13



----------
15:22

Böyütmək üçün şəkillərə klikləyin.



-----------
15:01



---------
14:56



-----------
13:45

Videonu izləmək üçün şəkilə klikləyin.

<

-------------
12:35

Böyütmək üçün şəklə klikləyin.




Foto: Anspress, APA
, Kəpəz TV

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.