Taksilər üçün yeni tələb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə dəyişiklik ediləcək.
Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.
Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla yuxarıdakı müddəalara uyğun olaraq qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də müvafiq dəyişikliklərlə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Sənədlə tanış olduqdan sonra məlum olur ki, bu Sərəncam aprelin 7-dən qüvvəyə minib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının bu rayonunda 30 bina söküləcək
-
Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair məlumatları təqdim edib - (Foto)
-
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Azərbaycanda işsizlikdən sığorta ödənişi nə qədərdir?
XƏBƏR LENTİ
-
2-ci kurs tələbəsi vəfat etdi
-
Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü
-
Alim Qasımovun illər əvvəlki toy görüntüləri gündəm oldu - (Video)
-
Milli İncəsənət Muzeyində “Cənnətin İqamətgahı” filmi nümayiş olunub - (Foto)
-
Bakının bu rayonunda 30 bina söküləcək
-
Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)
-
İrəvanda Paşinyan Pezeşkianla görüşüb
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair məlumatları təqdim edib - (Foto)
-
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
-
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
-
Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Təcili tibbi yardımda süni intellektdən istifadə ediləcək
-
Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"
-
Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"
-
İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi - Türkiyə XİN-in rəsmisi tədbirdə
-
Talıb 2-ci dəfə ata oldu
-
Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi
-
Bu avtobuslar “20 Yanvar” və “Şamaxinka”dakı dayanacaq məntəqəsindən çıxarılır
-
Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı
-
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?





