Siyasət

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

16 Noyabr 2013 17:36
Baxış: 6 624

16.11.2013
17:36

Ümumrusiya Azərbaycan Konqresi Ryazan regional bölməsinin sədri, siyasi elmlər namizədi Samir Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Ryazan azərbaycanlıları adından təbrik edirik.

Cənab Prezident, əminik ki, millətlərarası və konfessiyalararası əməkdaşlığın möhkəmlənməsi üçün əlindən gələni edən və edəcək, Azərbaycanın və Azərbaycan xalqının maraqlarını, hüquq və azadlıqlarını müdafiə edəcək əsl milli lider, vətənpərvər və təcrübəli siyasi xadim, mərd və etibarlı insan məhz Sizsiniz.
Sizin səmərəli şəkildə həyata keçirdiyiniz ölkənin sosial-iqtisadi inkişafı siyasəti və onun beynəlxalq mövqelərinin möhkəmlənməsi Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına, qarşılıqlı anlaşmaya, millətlərarası həmrəyliyə və vətəndaş cəmiyyətinin birləşməsinə gətirib çıxaracaqdır.

Sizə ali dövləti vəzifənizdə səmimi qəlbdən uğurlar, qarşıya qoyulmuş bütün məqsədlərə nail olmağı, habelə Sizə və bütün Azərbaycana firavanlıq arzulayıram".

X X X

Tbilisi, fövqəladə və səlahiyyətli səfir, professor David Aptsiauri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz İlham Heydər oğlu,
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz əmin idik ki, Azərbaycan xalqı sabitlik, öz ölkəsinin çiçəklənməsi və firavanlığı naminə doğru seçim edəcəkdir. Çünki Siz xalqınızın həqiqi lideri və beynəlxalq aləmdə nüfuzlu siyasi xadim kimi bu məqsədlərə nail olmağın qarantısınız.
Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirirsiniz. Mən dahi dövlət xadiminin, böyük İNSANIN xatirəsi önündə baş əyirəm.

Təbii ki, seçkilərdə inamlı qələbəniz Sizin dostlarınız üçün xüsusi əhəmiyyət kəsb edir və qürur doğurur. Özümə şərəf sayıram ki, onların arasında mən də varam. Sizinlə səmimi görüşlərimizi tez-tez xatırlayıram, daimi diqqətinizə görə Sizə həmişə minnətdaram.

Sizə və gözəl ailənizə dərin hörmət və dostcasına ən xoş arzularla".

------------
17:17


Ümumrusiya Azərbaycanlılar Konqresinin Kalininqrad regional bölməsinin sədri Tofiq Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiyanın Kalininqrad vilayətinin Azərbaycan diasporu adından və şəxsən öz adımdan təbrik edirəm.

Bu seçkilər xalqımızın növbəti uğuru oldu.

Hörmətli cənab Prezident, Sizə ali dövləti vəzifənizdə xalqlarımızın və dövlətlərimizin gələcək inkişafı naminə yeni uğurlar arzulayıram".

X X X 

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Başqırdıstan regional bölməsinin sədri Mirzə Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Başqırdıstan regional bölməsi adından təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatların, Azərbaycanın xarici siyasi kursunun xalq tərəfindən geniş şəkildə dəstəkləndiyini təsdiq edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirik".

X X X

Niderland Krallığındakı Azərbaycan Cəmiyyətinin sədri İradə Uluxanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi rəhbərlik etdiyim diaspor cəmiyyətinin adından səmimi qəlbdən təbrik edirəm.

Seçkilərdə qazandığınız inamlı qələbə ölkədə apardığınız davamlı sosial-iqtisadi islahatların əhali tərəfindən dəstəklənməsinin, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirən siyasətinizin nəticəsidir.
Sizə Prezidentliyinizin növbəti dönəmində yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzulayırıq".

X X X

Rusiyanın Novosibirsk şəhərindəki Türkdilli Əhaliyə Dəstək üzrə "İnkişaf" Beynəlxalq Xeyriyyə Fondunun sədri Mirkazım Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Türkdilli Əhaliyə Dəstək üzrə "İnkişaf" Beynəlxalq Xeyriyyə Fondu adından təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin ölkə əhalisi arasında böyük hörmət və nüfuz qazanmağınızı əyani şəkildə sübut edir.

Sizin rəhbərliyinizlə Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı böyük uğurları burada - uzaq Sibirdə təkcə azərbaycanlılar deyil, bir sıra millətlərin nümayəndələri də diqqətlə izləyirlər.

Siz zəngin təcrübəli dövlət rəhbəri və müdrik siyasi xadim kimi təkcə azərbaycanlılara qayğı göstərməklə kifayətlənmir, türkdilli xalqların inkişafına, türkdilli ölkələr arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə şərait yaradırsınız.

Sizin çoxtərəfli fəaliyyətiniz sayəsində Azərbaycan dünya siyasi arenasında nüfuz qazanmışdır.

Əminik ki, növbəti beş ildə də Azərbaycan Sizin rəhbərliyinizlə sürətli inkişafını davam etdirəcəkdir.

Sizi bir daha səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirik. Sizin rəhbərliyinizlə Azərbaycan xalqına nailiyyətlər və firavanlıq arzu edirik".

X X X

Ukraynadakı "Azərbaycan Diasporu" Cəmiyyətinin rəhbəri Fikrət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi xalqımızla bərabər, Ukraynada yaşayan soydaşlarımız da böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladı.

Əminik ki, Siz növbəti beş ildə Vətənimizin çiçəklənməsinə və inkişafına yeni töhfələr verməklə, bizləri mətin addımlarla yüksəlişə doğru aparmaqla xalqımıza sevinc bəxş edəcəksiniz.

Cənab Prezident, biz Vətəndən kənarda yaşasaq da daim Sizinlə qürur duyur, daxili və xarici siyasətinizi dəstəkləyirik. Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirik".

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Çuvaşiya bölməsinin sədri Əziz Bədirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezidentimiz,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə "Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Çuvaşiya bölməsi adından Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Vətəndən uzaqda yaşasaq da, Azərbaycanın Sizin rəhbərliyinizlə qazandığı uğurları izləyir və bununla fəxr edirik. Sizin nüfuzlu siyasət və dövlət xadimi kimi malik olduğunuz keyfiyyətlər bütün dünyada layiqincə qiymətləndirilmişdir. Bu keyfiyyətlər planetimizdə sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olmasına, insanların hüquq və azadlıqlarının qorunmasına, Azərbaycan Respublikasının çiçəklənməsinə xidmət edir.
Biz Azərbaycan və Rusiya xalqlarının ümumi mənafeləri naminə tarixi dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da möhkəmlətmək əzmində olduğumuzu təsdiq edirik.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirik".

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Rostov regional bölməsinin sədri Şakir Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Federasiyasının Rostov vilayətinin Azərbaycan diasporu adından ən səmimi təbriklərimizi qəbul edin. Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzun, ölkənin sosial-iqtisadi inkişafının, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş siyasi kursunuzun Azərbaycan xalqı tərəfindən fəal dəstəklənməsinin təsdiqidir.

Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar Sizə yeni qələbələr, möhkəm cansağlığı, bütün dünya azərbaycanlılarına sevinc, səadət, sülh və firavanlıq arzulayırlar".

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Perm regional bölməsinin sədri Çingiz İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Federasiyasının Perm diyarında yaşayan azərbaycanlılar adından ürəkdən təbrik edirəm. Siz bütün gücünüzü, təcrübə və biliyinizi xalqın rifahının yüksəldilməsinə yönəldərək var qüvvənizlə çalışır, planlarınızı məharətlə real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü səyləriniz ölkənin sosial-iqtisadi inkişafını sürətləndirir, əhalinin həyat səviyyəsini və firavanlığını yüksəldir. Sizin həyat kredonuz Azərbaycana sədaqətlə xidmətin parlaq nümunəsidir.

Son illərdə Azərbaycan həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olmuşdur. Azərbaycanı güclü və çiçəklənən dövlət quruculuğu yolunda daha böyük nailiyyətlər gözləyir. Əminəm ki, böyük dövlət xadimi kimi Sizin zəngin təcrübəniz Azərbaycan xalqının rifahına, dost ölkələrimiz arasında çoxşaxəli əlaqələrin və strateji tərəfdaşlığın inkişafına hələ uzun illər xidmət edəcəkdir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və nikbinlik arzulayıram. Qoy uğur, firavanlıq, doğma və yaxınlarınızın diqqət və qayğısı həyatda daim Sizinlə olsun".

---------
16:42

Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Kolumbiya xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən şərəf duyuram.

Zati-aliləri, bildirmək istəyirəm ki, Kolumbiya dövləti Azərbaycan dövləti ilə ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və birgə fəaliyyətin genişləndirilməsi işinə sadiqdir. Azərbaycanın Kolumbiyada diplomatik missiyasının açılmasından çox məmnun olardım.

Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirirəm".

----------
15:49

ABŞ-ın Arizona ştatı Senatının sədri Endi Biqqs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan inkişafını davam etdirəcəkdir.

ABŞ Azərbaycan ilə bir çox istiqamətlərdə tərəfdaşlığı yüksək dəyərləndirir. Terrorizmə qarşı həyata keçirilən əməliyyatlar regional təhlükəsizliyin təmin edilməsində çox mühüm amildir. ABŞ hərbçilərinin Əfqanıstanda və İraqda sülhməramlı əməliyyatlarına verdiyiniz dəstək, bizim qlobal dəyərlərimizə göstərdiyiniz yüksək qayğının təsdiqidir. Bu tərəfdaşlığımızın davam edəcəyinə və Xəzər regionunda sülhün və əmin-amanlığın bərqərar olacağına ümid edirəm.

Arizona ştatının Senatı bu yaxınlarda qəbul etdiyi qətnamə ilə Azərbaycanın iqtisadi müstəqilliyini və tolerantlığa əsaslanan güclü demokratiyasını təqdir etmişdir. Zəngin neft və qaz ehtiyatları Azərbaycanı Avropanın etibarlı enerji mənbələrindən birinə çevirmişdir. Azərbaycan bütün müttəfiq ölkələr üçün enerjinin şaxələndirilməsində mühüm rol oynayır. Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni boru kəmərinin yaradılması Azərbaycanı daha böyük tərəqqiyə aparan uzaqgörən rəhbərliyinizi nümayiş etdirir.

Sizin Azərbaycanda sağlam biznes mühiti yaratmaq istiqamətində rəqabəti təşviq edən və ardıcıl islahatlar tələb edən iqtisadi inkişafa dair səylərinizi alqışlayırıq.

Bu azad bazar prinsipləri bizim iqtisadi uğurlarımızın əsasıdır və əminik ki, Azərbaycan ilə ticari tərəfdaşlığın gücləndirilməsi hər iki dövlət üçün faydalı olacaqdır.

Dostluq və ortaq dəyərlərimizin ruhunda bir daha Sizi təbrik edərək, Prezidentliyinizin yeni dönəmində uğurlar diləyirəm".

----------------
15.11.2013
19:58


Liviya Dövlətinin Ümummilli Konqresinin sədri Nuri Əli Əbu Səhmeyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi salamlarımı və xoş təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Sizə fəaliyyətinizdə müvəffəqiyyət və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ölkələrimizi və dost xalqlarımızı bir-birinə bağlayan əlaqələrin dərinliyindən fəxarət hissi keçirdiyimizi, ölkələrimizin birgə maraqlarına xidmət edən bütün sahələrdə Sizinlə əlaqələndirmə işinin və məsləhətləşmələrin aparılması üçün davamlı səy göstərdiyimizi bildirirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

---------
18:12

Rusiya Federasiyasının Kaluqa vilayətindəki "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Əməkdar Kənd Təsərrüfatı İşçisi Balaxan Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Xalqımızın gözəl ənənələri çoxdur, lakin öz xalqını və Vətənini müdafiə etmək ənənəsi xüsusilə müqəddəsdir. Sizin fəaliyyətiniz bizim üçün öz işinə fədakarlıqla xidmət, Vətənə məhəbbət nümunəsi olmuşdur və bu gün də belədir.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin xidmətlərinizə verilən ən yaxşı qiymətdir. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür və firavanlıq arzulayıram".

X X X

Qazaxıstan Respublikasındakı "Turan" Azərbaycanlılar Konqresinin prezidenti Müseyib Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qazaxıstan Respublikasının "Turan" Azərbaycanlılar Konqresi İctimai Birliyinin, habelə Birliyin şimal, qərb, şərq və cənub regionlarının, o cümlədən Almatı şəhərində rəsmən qeydiyyata alınmış Kostanay, Pavlodar, Almatı, Akmolay vilayətlərindəki filiallarının rəhbərləri, müstəqil şəkildə qeydiyyatdan keçmiş Almatı şəhərinin "Ozan" İctimai Birliyinin sədri Q.Məmmədovun, Astana şəhərinin "Xəzər" İctimai Birliyinin sədri V.Ağayevin, Almatı vilayətindəki "Qobustan" Birliyinin sədri E.Əhmədovun, Manqistau vilayətindəki "Dostluq" Birliyinin sədri B.Məsimovun, Karaqanda vilayətindəki "Namus" Birliyinin sədri B.Məmmədovun, Kostanay vilayətindəki "Birlik" İctimai Birliyinin sədri Q.İmanovun, "Heydər" Gənclər Birliyinin sədri B.Axundovun adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar, sülh və səadət arzu edirəm".

X X X

Rusiya Federasiyası, Kazan Dövlət Texnologiya Universitetinin professoru, kimya elmləri doktoru, "NOST" (SİBUR Holdinq, Tomsk şəhəri) riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi Eldar Dəhnəvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qanunauyğun nəticə olan bu qələbə öz ümidlərini və gələcəyini şəxsən Sizinlə bağlayan xalqımızın Zati-alinizə yüksək etimadına dəlalət edir.

Ailəm adından Sizə və doğmalarınıza möhkəm cansağlığı arzu edirəm. Sizə bundan sonra da Azərbaycan xalqına şərəflə xidmət etməyinizi, dahi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunda, Vətənimizin çiçəklənməsi yolunda yeni zirvələr fəth etməyinizi diləyirəm.

Biz tarixi vətənimiz olan Azərbaycanın uğurlarına sevinirik və inanırıq ki, Siz qarşıda hələ çox qələbələr qazanacaqsınız. Biz Sizi sevirik, Sizinlə fəxr edirik! Allah Sizi qorusun!"

X X X

Rusiya Federasiyasının Ximki şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Şəhər Sovetinin deputatı Xanoğlan Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,
İcazə verin seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edim.

Seçicilərin mütləq əksəriyyətinin Sizi dəstəkləməsi bir daha göstərdi ki, ölkəmiz sabitlik, sülh, daxili və xarici siyasətin uğurla həyata keçirilməsi yolu ilə irəliləyir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sevimli Vətənimizin daha da inkişafı naminə uğurlar arzu edirəm".

X X X

Rusiya Federasiyası, Penza Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, tibb elmləri doktoru Bəhram İsgəndərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının rifahı, Azərbaycan dövlətinin çiçəklənməsi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Biz Sizə - ulu öndər Heydər Əliyevin böyük işlərinin layiqli davamçısına inanırıq və Sizinlə fəxr edirik".

X X X

Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm.

Azərbaycan Respublikası ilə Avropa İnvestisiya Bankı arasındakı səmərəli əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid edirəm. Əminəm ki, Avropa İnvestisiya Bankı qarşılıqlı razılaşdırılmış "Avropa İttifaqı Bankı" layihəsinin maliyyələşdirilməsi ilə Azərbaycan Respublikası və Avropa İttifaqı arasındakı "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əlaqələri daha da möhkəmləndirəcəkdir.

2013-cü il avqustun 29-da Azərbaycan Respublikası ilə bankımız arasında imzalanmış çərçivə razılığının Azərbaycan Hökuməti tərəfindən ratifikasiya olunacağına ümid edirəm. Bu sənəd Avropa İnvestisiya Bankına ölkənizin sürətli iqtisadi və sosial inkişafını dəstəkləmək üçün maliyyələşdirmə işlərini başlamağa imkan yaradacaqdır.

Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

---------
16:26

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyəti "Azİz" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Əziz İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası Sizi səmimi qəlbdən təbrik edir, İsraildə yaşayan bütün çoxminlik azərbaycanlılar icması adından Sizə və Azərbaycan xalqına sülh, səadət və firavanlıq arzulayır.
Sizin Prezident vəzifəsində fəaliyyətinizin lap əvvəlindən Azərbaycan yaxşılığa doğru dəyişməyə başlamış və dünyada ən qabaqcıl, sürətlə inkişaf etməkdə olan ölkələrdən birinə çevrilmişdir. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda ən nüfuzlu və iqtisadi baxımdan cəlbedici ölkələrdən biri olmuşdur. Məhz son illərdə dünyada Azərbaycanı çox qədim tarixə, zəngin mədəniyyətə və gözəl milli ənənələrə malik bir ölkə kimi tanımışlar.
Biz, hazırda İsraildə yaşayan azərbaycanlılar öz Vətənimizlə həmişə fəxr etmişik. Lakin indi Zati-alinizin rəhbərliyi ilə ölkəmizin günbəgün yaxşılığa doğru dəyişdiyi, bütün dünyanın ən gözəl, sivil və cəlbedici dövlətlərindən birinə çevrildiyi vaxtda biz aydın başa düşürük ki, bu, ilk növbədə Sizin xidmətlərinizin bəhrəsidir. Azərbaycanlılar Sizin kimi müdrik, məqsədyönlü, mütərəqqi, həyat və fəaliyyətinin yüksək amalı öz Vətəninə, öz xalqına xidmət etməkdən ibarət olan liderə layiqdirlər.
Sizə ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğurlar və ümumxalq sevgisi arzu edirik.

X X X


"Küveyt-Azəri" Ticarət Müəssisəsinin sədri Raid Xıdır Rəcəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Küveyt Dövlətində fəaliyyət göstərən "Küveyt-Azəri" Ticarət Müəssisəsinin bütün əməkdaşları adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasına hər səfərim zamanı ölkənizdə baş verən sürətli inkişafın, müsbət dəyişikliklərin şahidi oluram. Bu müsbət dəyişikliklər Sizin adınızla, uğurlu fəaliyyətinizlə bağlıdır. Dost və qardaş Azərbaycan xalqı da məhz bu böyük işlərə qiymət verərək, Zati-alinizin siyasətini dəstəkləmişdir.
Cənab Prezident, ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar diləyir, bir daha təbriklərimi və ehtiramımı çatdırıram".

X X X

Özbəkistanın Karşi şəhərindəki Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mehdi Əlicanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Özbəkistan Respublikası Kaşkadərya vilayətinin Azərbaycan diasporu adından təbrik edirik. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirik".

X X X

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri Enver Özeren Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezidentimiz,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının elmi-pedaqoji, tələbə, müəllim kollektivləri və valideyn təşkilatları adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Seçkilərdəki parlaq qələbəniz Azərbaycan xalqının Sizə etimadı, etibarı, eyni zamanda, ölkədə demokratiyanın bərqərar olduğunun, azad, bərabər, şəffaf seçki sisteminin möhkəm təməllər üzərində qurulduğunun əyani təsdiqidir.
Sizi yenidən ali dövləti vəzifəyə seçməklə Azərbaycan xalqı ötən on ildə fəaliyyətinizə ümumxalq qiyməti vermiş, eyni zamanda, bununla Sizin ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqətinizi də təsdiq etmiş, buna dəstək verdiklərini sübut etmişlər.

Biz xalqın bu seçimini sevinclə, qürurla, iftixarla qarşılayaraq, bundan sonra da təhsil sahəsində, gənc nəslin Azərbaycanın gələcək fəal qurucuları kimi yetişməsi üçün müəyyən etdiyiniz siyasətin həyata keçirilməsində fəal iştirak etməklə Zati-alinizə, Azərbaycan xalqına bundan sonra da sədaqətlə xidmət edəcəyimizi bəyan edirik.

Müasir, müstəqil, demokratik Azərbaycan Respublikasının yenidən Prezidenti seçilməyiniz münasibətilə Sizi, Azərbaycan xalqını və bütün Azərbaycansevərləri bir daha ürəkdən təbrik edirik".

X X X

"İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi" İctimai Birliyinin sədri Tural Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi" İctimai Birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edirik. Seçkilərdə parlaq qələbəniz ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirməyinizə Azərbaycan xalqının inamının təsdiqidir.

Ötən on illik prezidentliyiniz dövründə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili sahəsində görülən işlər daha geniş vüsət almışdır. Biz tələbələr xarici ölkələrdə təhsil almaqla bərabər, azərbaycançılıq məfkurəsi ətrafında birləşərək dövlətimizin demokratik yolla irəlilədiyini, qazandığı uğurları təbliğ edirik.

Gənclərə daim humanist diqqət və qayğı ilə yanaşmağınız Sizə inamımızı daha da artırmışdır. Türkiyədə təhsil alan tələbələrimiz oktyabrın 9-da səfirliyimizdə, konsulluqlarımızda yaradılmış seçki məntəqələrinə gələrək yekdilliklə Sizə səs vermişlər.

Möhtərəm cənab Prezident, əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın inkişafı davamlı olacaq, gənclərə diqqət və qayğı daha da artacaq, Azərbaycan dünya ictimaiyyətində yürütdüyünüz müdrik siyasət nəticəsində öz sözünü hər zaman deyəcək, işğal altında olan torpaqlarımız isə azad ediləcəkdir.

Bir daha Sizi inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirik".

-----------------
14.11.2013
18:20

Şimali Kipr xalqının lideri Dərviş Əroğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident, dəyərli qardaşım.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti olaraq Kipr məsələsində göstərdiyiniz həssaslığa və Şimali Kiprə verdiyiniz dəyərli dəstəyə görə təşəkkürlərimi çatdırır, Zati-alinizə, Hökumətinizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına sevgi və ehtiramımı bildirirəm".

X X X

Qırğızıstan "AZƏRİ" İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası, I dərəcəli ədliyyə müşaviri Əzizağa Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Qırğızıstandakı "AZƏRİ" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularını çatdırır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı kimi Sizə uğurlar diləyir, möhkəm cansağlığı arzu edirik.

Əminik ki, müstəqil Azərbaycanın qüdrətinin daha da artması, onun xarici dövlətlər arasında güclü yer tutması, əzəli torpaqlarımızın işğaldan azad olunması, xaricdə yaşayan soydaşlarımızla tarixi Vətənimiz arasında əlaqələrin möhkəmlənməsi, diasporumuzun təşkilatlanması, Qırğızıstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması yolunda qüvvə və bacarığınızı bundan sonra da əsirgəməyəcəksiniz. Xalqımızın yeganə ümidi, xaricdəki soydaşlarımızın yumruq halında birləşərək güclü diaspor yaratması, Azərbaycanın imicinin dünyada tanıdılması yalnız Sizin yürütdüyünüz məqsədyönlü siyasət nəticəsində mümkündür.

Hörmətli İlham Heydər oğlu, Siz həm də dünya azərbaycanlılarının Prezidentisiniz. Daim Sizinlə birgə olacağımızı bir daha bəyan edir, xarici və daxili siyasətinizi dəstəklədiyimizi bildirir, ali dövləti vəzifənizdə Sizə bir daha uğurlar diləyirik".

X X X

Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin rəhbəri, Rusiya Federasiyasının Murmansk Vilayət İctimai Palatasının üzvü Afil Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi öz adımdan və diasporumuz adından səmimi qəlbdən təbrik edir, bu möhtəşəm qələbədən qürur hissi duyduğumuzu bildiririk.

Sizin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətiniz illərində diaspor quruculuğuna verdiyiniz önəm ulu öndər Heydər Əliyev ideyalarının davamının və Sizin bu ideyalara sadiqliyinizin ən bariz nümunəsidir.

Əminik ki, Azərbaycanın Rusiyadakı diasporu Sizin rəhbərliyinizlə bundan sonra da sürətlə inkişaf edəcəkdir.

Hörmətli cənab Prezident, diasporumuzun çoxsaylı üzvləri Sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirmişdir. Ölkəmizin inkişafı yolunda Sizin gördüyünüz və qarşıdakı illərdə görəcəyiniz işləri tam dəstəkləməklə yanaşı, həyata keçirəcəyiniz quruculuq işlərində Sizin ən yaxın köməkçiniz olacağımızı bildiririk.
Siz ötən on ildə ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirərək doğma vətənimiz Azərbaycanı bölgənin lider dövlətinə, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirmisiniz. Azərbaycan Sizi sevən insanların gözləri qarşısında sürətlə inkişaf edir. Əminik ki, bu inkişafı qarşıdakı beş ildə də davam etdirəcəksiniz.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, həyat eşqi, ali dövləti vəzifənizdə böyük uğurlar, Sizin şəxsinizdə xalqımıza xoşbəxtlik, sülh və tərəqqi arzulayıram".

X X X

Avropa Parlamentinin deputatı, Litva Respublikası Seyminin sabiq sədri Vitautas Landsberqis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
İcazə verin, Sizi Azərbaycanı Avropa ailəsinin siyasi dəyərlərinə qovuşdurmaq sahəsində işinizi davam etdirməyiniz münasibətilə təbrik edim. Eyni zamanda, Sizinlə Avropa İttifaqının Vilnüs Sammitində görüşəcəyimə ümid bəsləyirəm. Azərbaycan Avropa yolunda özünə bir qədər fərqli seçim etsə də, hər bir fürsətdən faydalanmalıdır. Bizim üçün ən dəyərli cəhət birlikdə olduğumuzu nümayiş etdirməkdir.

Sizə və ölkənizə uğurlar arzu edirəm".


X X X

ABŞ-ın Nyu-York ştatındakı "Meridian İnternational Media" şirkətinin prezidenti Pərvanə Abbaspur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.

Növbəti Prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmağınız təkcə doğma Vətənimizdə deyil, bütün dünyada yaşayan azərbaycanlıların Sizə olan inamının, hörmət və məhəbbətinin təcəssümüdür.

Böyük dövlət xadimi Heydər Əliyevin qurub-yaratdığı azad, demokratik, müstəqil Azərbaycan Respublikası Sizin bacarıqlı idarəçiliyiniz və düzgün siyasətiniz nəticəsində yüksək sürətlə inkişaf etmiş, regionda aparıcı mövqelərə çıxmışdır. Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizin bu tarixi uğurlarına çox sevinirik.
Taleyin hökmü ilə Azərbaycandan uzaqlarda yaşamalı olsaq da, qəlbimiz daim Vətənlə bir döyünür. Onun sevincinə də, kədərinə də şərik oluruq. Hər zaman Sizin Azərbaycan naminə yürütdüyünüz praqmatik siyasəti təqdir edir, Vətənimizin adını daim uca tutmağa çalışırıq. Qürbətdə yaşamaq nə qədər çətin olsa da, Vətənə məhəbbətimizə təsir etmir. Biz Azərbaycanın uğurlarını həmişə sevinclə izləyir və inanırıq ki, qarşıdan gələn illərdə də Siz Azərbaycanın daha yüksək tərəqqisi, dünya birliyində məxsusi yer tutması, qədim və zəngin mədəniyyətə malik xalqımızın imicinin artması naminə hələ bundan sonra neçə-neçə qələbələrə imza atacaqsınız. Xüsusən, Ali Baş Komandan kimi doğma Qarabağımızı, gözəl Şuşamızı düşmən tapdağından xilas edəcəyiniz günü səbirsizliklə gözləyirik.
Əziz Prezidentimiz, biz hər zaman Sizin xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqətinizi öz üzərimizdə hiss etmişik. Elə ötən ilin mayında Nyu-Yorka səfəriniz zamanı Sizinlə bilavasitə görüşlərimizdən və səmimi söhbətlərimizdən doğan xoş təəssüratlar bu qənaətimizi daha da möhkəmləndirir, bizi doğma Vətənimiz naminə daha səmərəli fəaliyyətə ruhlandırır. Biz, Nyu-York ştatında fəaliyyət göstərən "Meridian İnternational Media" şirkəti olaraq, indiyə qədər yerli qəzet, radio, TV və internet saytlarında Azərbaycan tarixinə, mədəniyyətinə, müstəqil respublikamızın müasir inkişaf mərhələsinə dair çoxlu sayda materiallar dərc etmişik. Sizinlə görüş və söhbət zamanı isə verdiyiniz tövsiyələri nəzərə alaraq, bundan sonra da Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni uğurları haqqında Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycan diasporuna və dostlarına zəruri informasiyalar çatdırmaq üçün yeni layihələr üzərində bütün qüvvə və bacarığımızla çalışmaq əzmindəyik.

Hörmətli cənab Prezident, seçkilərdəki inamlı qələbəniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, ali tarixi missiyanızı yerinə yetirməkdə Sizə daha böyük uğurlar arzulayırıq. Vətənimizin hüdudları xaricində yaşayan həmvətənlərimiz Sizə böyük inamla baxır və Sizi daim dəstəkləyirlər".

X X X


"Vətənsevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Küveyt Dövlətində yaşayan azərbaycanlıları özündə birləşdirən "Vətənsevər" Mədəniyyət və Dostluq Cəmiyyətinin bütün üzvləri adından səmimi qəlbdən təbrik edirik.

Azad, demokratik şəkildə keçirilən seçkilərdə seçicilərin 84 faizdən çoxunun səsini qazanmağınız, ötən dövr ərzində gördüyünüz möhtəşəm işlərin əyani təzahürü, nəticəsi, isbatıdır.

Azərbaycan xalqının rifahının artması, iqtisadiyyatının tərəqqisi, Vətənimizin inkişafı və çiçəklənməsi yolunda yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik".

----------
16:02

Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı İlhan Aşkın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Biz Hollandiyada yaşayan azərbaycanlılar və türklər Sizin prezidentliyinizin növbəti dönəmində də vətənimizin inkişafı və xalqımızın rifahı naminə daha böyük uğurlar qazanacağınıza ürəkdən inanırıq.

Sizə şərəfli ali dövləti vəzifənizdə uğurlar arzulayır, möhkəm cansağlığı, yeni-yeni qələbələr diləyirik".

X X X


İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi idarə heyətinin sədri Səfər Karakoyunlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əminik ki, Azərbaycan bu gün olduğu kimi, gələcəkdə də regionun ən güclü dövlətləri arasında yerini sabit şəkildə qoruyaraq uğurlu inkişafını davam etdirəcəkdir. Bu inkişafda yüksək iradə və əzmkarlıq nümayiş etdirən Azərbaycan xalqının birliyi və həmrəyliyi qürurverici səviyyədədir. Bu həmrəyliyin doğurduğu sevinc hissini Türkiyədə yaşayan Azərbaycan türkləri olaraq böyük təqdirlə qarşılayır, bu birlik və həmrəyliyin davamlı olmasını diləyir, Sizə dərin ehtiramımı ifadə edirəm".

X X X

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu və Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Çinin və Azərbaycanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin minnətdarlığımı bildirirəm.

Bu dəstəyiniz sayəsində ölkələrimizin prokurorluq orqanları arasında əlaqələr gündən-günə dərinləşir. Bu ilin aprel ayında Azərbaycana səfər edən nümayəndə heyətinin rəhbəri kimi, Sizin səmimi qəbulunuzda olmaq qürurverici idi. Səfər çərçivəsində, Azərbaycan Respublikasının Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu, əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı niyyətlərimizin ciddi olduğunun göstəricisidir.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının ən fəal və təşəbbüskar üzvlərindən biri olduğunu vurğulamaqdan məmnunam.

Zati-alinizin dövlətin şəffaf idarə edilməsinə verdiyi böyük önəm korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində özünü göstərir. Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası İcraiyyə Komitəsinin görüşü və beynəlxalq antikorrupsiya seminarı 2008-ci ilin aprelində paytaxt Bakıda keçirilmişdir. Zati-alinizin sıx iş qrafikinə baxmayaraq İcraiyyə Komitəsinin üzvləri ilə görüşünü və bütün dövlətləri korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırmasını daim minnətdarlıq hissi ilə xatırlayırıq. Biz, həmçinin, cənab Prezident, Sizin vətəndaşlarınızın rəğbətini qazanmış və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş "ASAN xidmət" mərkəzlərinin, antikorrupsiyaya qarşı mübarizə idarələrinin yaradılması ilə bağlı səylərinizi yüksək qiymətləndiririk.

Sizin dəstəyiniz və şəxsi nüfuzunuz sayəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov 2006-cı ildən Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının vitse-prezidentidir. Bu, Azərbaycanın korrupsiyaya qarşı mübarizə uğrunda beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyinin təsdiqidir.

Əminəm ki, Sizin Prezidentliyinizin yeni dövründə Çinin və Azərbaycanın prokurorluq orqanları arasında olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edəcəkdir. Həmçinin dərin inamımı ifadə edirəm ki, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası ilə Azərbaycanın məhkəmə institutları arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir.
Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı, ölkənizə tərəqqi, firavanlıq, xalqınıza xoşbəxtlik arzu edirəm".

------------------
13.11.2013
16:55


Saksoniya Alman-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri Ağahüsein Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını qazanaraq prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Saksoniya azərbaycanlıları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Müstəqil demokratik Azərbaycan dövlətinin və xalqımızın iqtisadi, siyasi, mədəni inkişafını arzulayan hər bir soydaşımızın qarşıdan gələn növbəti beş il ərzində yalnız Sizi Prezident görmək istəyi xaricdə yaşayan biz azərbaycanlılar üçün də sevindirici haldır. Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımız ötən on ildə Sizin rəhbərliyinizlə daha da inkişaf edərək istər Qərbdə, istərsə də Şərqdə müstəqil siyasət yeridən qüdrətli dövlətə çevrilmişdir. İndi bizim tarixi vətənimiz Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı, dünyanın aparıcı dövlətləri arasında özünəməxsus balanslaşdırılmış siyasəti, yüksək təminatlı hərbi potensialı vardır. Dövlətin müstəqilliyi və inkişafı üçün son dərəcə vacib olan bu amillərin təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş, Sizin rəhbərliyinizlə bugünkü səviyyəyə çatmışdır.

Cənab Prezident, Almaniyada fəaliyyətə başladığımız ilk gündən yalnız Ulu Öndərimizin siyasətinə sadiq qalacağımızı bəyan etmişik. Bu gün ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycanımızı istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə nəinki Qafqazın, hətta regionun lider dövlətinə çevirdiyinizə, Qarabağımızın erməni işğalından azad olunması istiqamətində aparılan danışıqlarda möhkəm siyasi iradəyə malik olduğunuza, yalnız xalqımızın və dövlətimizin mənafeləri çərçivəsində fəaliyyətinizə görə biz, Saksoniyada yaşayan azərbaycanlılar Sizi sevirik, yalnız Sizə inanırıq və hər an Sizin tərəfinizdə olduğumuzu bəyan edirik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirik".

X X X

İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mayis Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının bütün üzvləri adından təbrik edirəm.

Cənab Prezident, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor quruculuğu işi Sizin rəhbərliyinizlə uğurla davam etdirilmiş, bu sahəyə dövlət qayğısı ildən-ilə artmışdır. Siz ulu öndər Heydər Əliyev ənənələrinə sadiq qalaraq xarici ölkələrdə yaşayan soydaşlarımızla, onların üzləşdiyi problemlərlə yaxından maraqlanmış, diasporumuzun təşkilatlanması, güclü, mobil qüvvəyə çevrilməsi işinə böyük töhfələr vermisiniz.

Artıq iyirmi ildən çoxdur ki, Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə irəliləyərək hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində işləri ardıcıl surətdə davam etdirir. Bu tədbirlər həm soydaşlarımız, həm də Avropa xalqları tərəfindən hörmətlə qarşılanır və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə səbəb olur.

Möhtərəm Prezident, Sizə tarixi Vətənimiz Azərbaycanı inkişaf etdirmək işində uğurlar arzu edirik. Əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə daha da güclənəcək və dünya azərbaycanlılarını da gücləndirəcəkdir. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirik".

X X X

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tsvirkun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.

Əminəm ki, Sizin hökumətiniz və şəxsən Zati-aliniz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında, həmçinin enerji və nəqliyyat kimi əməkdaşlıq sahələrində əlaqələrin daha da gücləndirilməsinə mühüm töhfə verəcəksiniz.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı bildirir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm".

X X X

Avropa Şurasının Parlament Assambleyasında İspaniya Senatının üzvü, Avropa Xalq Partiyası Qrupunun sədri Pedro Aqramunt  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə və lideri olduğunuz partiyaya etibarın göstəricisi, xalqınızı uğurlu gələcəyə aparmaqda, Azərbaycanın firavanlığının artmasında, ölkənin regional və beynəlxalq arenada öz yerini möhkəmlətməsində göstərdiyiniz səylərə dəstəyin aydın təsdiqidir.

Bir daha ən səmimi təbriklərimi bildirir, Sizə uğurlar arzu edirəm".

---------
15:51

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Xalqınıza sülh, əmin-amanlıq və rifah arzulayıram".

X X X

Albaniya Respublikasının Prezidenti Buyar Nişani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Zati-aliləri, icazə verin Albaniya ilə Azərbaycan arasında, xüsusilə qarşılıqlı geostrateji əhəmiyyət daşıyan TAP layihəsinin həyata keçirilməsində mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyimizi bir daha vurğulayım.

Ümidvaram ki, Prezidentliyinizin növbəti dövründə ölkələrimiz arasındakı əməkdaşlıq dövlətlərimizin qarşılıqlı maraqlarına uyğun olaraq yeni sahələrdə daha da inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

X X X

Hollandiyadakı "Odlar Yurdu" cəmiyyətinin sədri Firəngiz Bağırova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi "Odlar Yurdu" cəmiyyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin səyləriniz sayəsində Vətənimiz bundan sonra da çiçəklənəcək, xalqımızın maddi rifahı daha da yüksələcək və bizi - xaricdə yaşayan həmvətənlərimizi sevindirəcəkdir".

X X X

Qırğız Respublikasındakı "Xəzər" İctimai Birliyinin sədri Ziyəddin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İssık-Kul vilayəti azərbaycanlılarının "Xəzər" İctimai Birliyi adından səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq, doğma Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirik. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan gündən-günə inkişaf edir. Allahdan arzumuz budur ki, Sizin rəhbərliyinizlə bu inkişaf davamlı olsun, xalqımızın güzəranı daha da yaxşılaşsın, Azərbaycan ilə Qırğızıstan arasında qardaşlıq və dostluq münasibətləri möhkəmlənsin".

X X X

Ukraynanın Çerniqov vilayəti Apelyasiya Məhkəməsinin sədri Sadıq Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Çox şadam ki, Azərbaycan xalqı Sizin peşəkarlığınızı, müdrikliyinizi, Vətənin rifahı naminə səmərəli fəaliyyətinizi yüksək qiymətləndirmişdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, nikbinlik, Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi yolunda yeni uğurlar arzulayıram".

X X X

Peru Respublikasının Prezidenti Olyanta Umala Tasso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Peru hökuməti və xalqı adından, şəxsən öz adımdan təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Sizin rəhbərliyinizlə Azərbaycana inkişaf yolunda uğurlar, xalqınıza rifah diləyirəm. Əminəm ki, növbəti prezidentlik dövrünüzdə də ölkələrimizi, hökumətlərimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri bütün sahələrdə inkişaf edəcək, daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

-----------------
12.11.2013
18:13


Portuqaliyanın Baş naziri Pedru Pasuş Koelyo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Portuqaliya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Yeni prezidentlik dövrünüzdə Sizə uğurlar arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dərin dostluq münasibətlərinin inkişafı üçün Sizinlə əməkdaşlığı davam etdirəcəyik. Biz inanırıq ki, ölkələrimizin mənafeyi naminə müxtəlif istiqamətlərdə, o cümlədən ticarət və investisiya sahələrində qarşılıqlı əməkdaşlığımız daha da güclənəcəkdir. Biz bu istiqamətdə birlikdə irəliləməyə hazırıq.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

----------
16:51

Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Yəmən Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırmaqdan, möhkəm cansağlığı, səadət və müvəffəqiyyət diləməkdən məmnunluq hissi duyuram. Qardaş Azərbaycan xalqının daha firavan gələcəyi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.

Fürsətdən istifadə edərək, qardaş ölkələrimiz və xalqlarımızın qarşılıqlı mənafeyi naminə dəyərli dostluğumuzun və əməkdaşlığımızın möhkəmləndirilməsində maraqlı olduğumu bir daha bəyan edirəm".

X X X

Rusiya Federasiyasının Vladivostok şəhərindəki "MİREY" şirkətlər qrupunun baş direktoru Hafiz Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin liderliyinizlə Azərbaycan dövlət quruculuğu, siyasət, iqtisadiyyat, mədəniyyət və milli ənənələrin qorunması sahələrində böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın güclü iqtisadiyyatı, beynəlxalq nüfuzu, investisiya cəlbediciliyi - bütün bunlar Sizin xidmətlərinizin bəhrəsidir. İndi Azərbaycan dünyada layiqli yer tutur, beynəlxalq arenada ölkənin nüfuzu ilbəil artır. Ümummilli lider Heydər Əliyevin və Sizin gördüyünüz böyük işlər sayəsində Azərbaycan xalqı öz qüdrətli Vətəni ilə fəxr edir.

Azərbaycan Respublikasının daha da inkişaf etməsi naminə ali dövləti vəzifənizdə Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, Sizin zəngin təcrübəniz və yüksək peşəkarlığınız bundan sonra da ali dövləti vəzifənizdə uğurla və səmərəli işləməyə imkan verəcəkdir".

X X X

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Benilüks Azərbaycanlıları Konqresi adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Sizin prezidentliyinizin növbəti beş ili ərzində də tarixi Vətənimiz Azərbaycan yeni-yeni uğurlara imza atacaq, regionun lider dövləti statusunu daha da möhkəmləndirəcək, xalqımızın rifah halı gündən-günə yüksələcək və Heydər Əliyev siyasəti uğurla davam etdiriləcəkdir.

Hörmətli cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. Allah Sizi qorusun!"

X X X

Türkiyənin Karacabey Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Naci Güncü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Türkiyənin Karacabey Sənayeçi və İş Adamları Palatası adından ürəkdən təbrik edirəm.

Əminəm ki, ali dövləti vəzifədə olduğunuz ötən on ildə qazandığınız nailiyyətləri prezidentliyinizin yeni dönəmində də davam etdirəcək, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəksiniz.

Sizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni uğurlar diləyirəm".

X X X

Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Estoniyadakı Azərbaycan icması adından ürəkdən təbrik edir, ölkəmizin müstəqilliyinin qorunması, diasporun dövlətçilik ideyası ətrafında sıx birləşməsi sahəsində gördüyünüz işlərdə Sizə yeni uğurlar diləyirik.

Sizin diaspor quruculuğuna göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Estoniyadakı azərbaycanlıların tarixi Vətənlə əlaqələri daha da möhkəmlənmiş, yaşadığımız ölkənin ictimai-siyasi həyatında nüfuzu artmışdır.

İndi Azərbaycan icmasının fəalları Estoniya Respublikası parlamentinin, bələdiyyə qurumlarının üzvüdür. Dünya və Avropa yarışlarının qalibi olan idmançılarımız, tanınmış mədəniyyət xadimlərimiz və ümumən bütün həmyerlilərimiz eston cəmiyyətində yüksək hörmətə malikdirlər.

Cənab Prezident, bütün bu uğurlarımıza görə Sizin müdrik daxili və xarici siyasətinizə borcluyuq. Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzu edirik".

X X X

Gürcüstanda Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi, dövrümüzün görkəmli siyasi xadimini Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyəti adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirik.
Cənab Prezident, bu möhtəşəm qələbəniz Azərbaycanın dünya ölkələri arasında sanballı söz sahibinə çevrilməsi, dinc yanaşı yaşama prinsipləri, azərbaycançılıq ideyalarının təbliği, ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılması sahəsində Sizin yürütdüyünüz uzaqgörən daxili və xarici siyasətə xalqın inamının göstəricisidir.

Zati-aliləri, Sizi inamlı qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, dünya azərbaycanlılarının məbədgahı olan Azərbaycanımızın daha da çiçəklənməsi naminə gördüyünüz möhtəşəm işlərdə müvəffəqiyyətlər diləyirik".

----------
15:58

Finlandiya Azərbaycanlıları Assosiasiyası sədri Vasif Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti və Yeniyetmə Gənclər Təşkilatı adından səmimi qəlbdən təbrik edirik. Seçkilərdə inamlı qələbənizlə bizə böyük sevinc bəxş etdiniz. Siz yenidən xalqın yüksək etimadına yürütdüyünüz müdrik və məqsədyönlü siyasət nəticəsində nail olmusunuz.

Bu uğurlu siyasət nəticəsində Azərbaycan bölgənin lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevrilmişdir. İndi Azərbaycanın səsi ən ali kürsülərdən eşidilir. Doğma Vətənimiz Azərbaycan indi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Azərbaycanın dünyanın bir nömrəli təşkilatı olan BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və həmin təşkilata yüksək səviyyədə sədrlik etməsi Sizin yürütdüyünüz müdrik siyasətin bariz nümunəsidir.

Parlaq qələbənizlə başa çatan demokratik və şəffaf seçkilər bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan müstəqil, demokratik, tolerant, inkişaf etmiş, heç bir dövlətdən asılı olmayan ölkədir. Xalqımız Sizi ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının qarantı hesab edir. Məhz buna görə də müdrik Azərbaycan xalqı bir daha düzgün seçim etdi. İnkişafa, əmin-amanlığa, daha firavan gələcəyə səs verdi.

Cənab Prezident, dünya azərbaycanlılarına göstərdiyiniz diqqət və qayğıya, Azərbaycanın davamlı inkişafı, güclü dövlətə çevrilməsi üçün gördüyünüz bütün işlərə görə Sizə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Vasif Muradlı
Finlandiya Azərbaycanlıları Assosiasiyası sədri,

Arzu Oqtay
Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyəti sədri,

Günay Muradlı
Finlandiyadakı Yeniyetmə Gənclər Təşkilatının sədri".

X X X 

Ukrayna Beynəlxalq Universiteti şərqşünaslıq kafedrasının müdiri, "Kiyev-Mohıla Akademiyası" Dövlət Universitetinin müəllimi professor Fərhad Turanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. Xaricdə ictimai-elmi fəaliyyət göstərən vətənpərvər soydaşlarımız əmindirlər ki, Siz Ulu Öndərimizin müdrik siyasətini davam etdirərək Azərbaycan Respublikasının daha böyük uğurlar qazanmasına nail olacaqsınız.

"Sizi əmin edirəm ki, diaspor və lobbiçilik fəaliyyətimizi gücləndirərək vətənimiz Azərbaycanın milli mənafelərini bundan sonra da ləyaqətlə müdafiə edəcəyik".

X X X

İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyətinin sədri Nadir Hollanbrand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyəti adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan xalqının Sizə hörmət və etimadı sonsuz və əvəzolunmazdır. Sizə şərəfli ali dövləti vəzifənizdə böyük uğurlar arzu edirik. İsveçdə yaşayan azərbaycanlılar hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləmişlər. Sizin müdrik siyasətiniz Azərbaycan xalqını işıqlı gələcəyə aparan yeganə yoldur".

X X X

"Azərbaycan-İsrail" Beynəlxalq Təşkilatının Ağsaqqallar Şurasının üzvü Mixail Aqarunov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu seçkilərdə Sizin qalib gələcəyinizə ürəkdən əmin idim. Azərbaycan vətəndaşı kimi, öz Vətəni ilə ürəkdən fəxr edən, zəmanəmizin dahi siyasi xadimi atanız Heydər Əliyevin və Sizin - Ümummilli Liderin doğma xalqın rifahına yönəlmiş siyasətinin layiqli davamçısının pərəstişkarı kimi Sizi bir daha ürəkdən təbrik edirəm.

Mən Sizinlə fəxr edirəm. Mənim Sizinlə də, vaxtilə dahi Heydər Əliyevlə də görüşümüz olub. Bu görüşlərin xoş təəssüratı yaddaşıma ömürlük həkk olunub. Harada yaşamağımdan asılı olmayaraq, Azərbaycan vətəndaşı adını həmişə qürurla daşımağa, Sizin siyasətiniz sayəsində respublikamızda bərqərar olmuş müasir reallıqları, Azərbaycan xalqının tolerantlığını təbliğ etməyə çalışıram. Siz təkcə siyasi xadimlər üçün deyil, həm də bizim gənclər üçün örnək olan müasir ziyalısınız.

Ulu Tanrıdan Sizə və ailənizə, bütün yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".

-----------
15:46

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı diləyir, ali dövləti vəzifənizdə uğurlar arzu edirəm.
Ümidvaram ki, 2013-cü il noyabrın 19-da Vyanada yenidən görüşəcəyik".

----------------
11.11.2013
17:58


Cənubi Afrika Respublikası "PetroSA" Dövlət Neft Şirkətinin prezidenti Nosizve Nokve-Makamo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, Zati-alinizin növbəti rəhbərlik dövrü də Azərbaycan üçün uğurlu olacaqdır.

Azərbaycan Dövlət Neft Akademiyasının keçmiş tələbəsi və Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı dostlarından biri kimi mən ölkəniz və onun qonaqpərvər xalqı barədə xoş təəssüratlara malikəm. Elə buna görə də Sizin növbəti inamlı qələbəniz məni çox sevindirdi. Sizin rəhbərliyinizlə Azərbaycanın sürətli inkişafı ilə bağlı gördüyünüz işləri daim izləyirəm.

Əminəm ki, Azərbaycanın gələcəyi daha parlaq olacaqdır. Bir daha Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və uğurlar diləyirəm".

---------
16:58


Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Yaxın Şərq Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Şimali Kiprdə yaşayan bütün Azərbaycan diasporu adından ürəkdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızın güclü sosial, iqtisadi, təhsil, sağlamlıq və digər sahələrdə dünya dövlətləri arasında ön sıralarda yer alacağına əminik.

Sizə və ailənizə cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə titanik fəaliyyətinizdə uğurlar arzulayıram".

X X X

"Azəri" İslandiya-Azərbaycan Cəmiyyətinin sədri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
"Azəri" İslandiya-Azərbaycan cəmiyyəti Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edir. Biz əmin idik ki, Azərbaycan xalqı düzgün seçim edəcək, məhz Sizi Prezident seçəcəkdir.

Azərbaycan xalqı və öz Vətəninin hüdudlarından kənarda yaşayan azərbaycanlılar Sizin Prezident vəzifəsində çalışdığınız illərdə qazandığınız uğurları görür və yüksək qiymətləndirirlər. Odur ki, Azərbaycan xalqı öz xoşbəxt gələcəyini Sizə etibar etmişdir.

Möhtərəm Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyir, ən xoş arzularımızı bildiririk".

X X X

Birləşmiş Ərəb Əmirliklərindəki "Azərbaycan" Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Samir İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm.

Sizə gələcək işlərinizdə böyük uğurlar diləyirik.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bundan sonra da xalqımızın rifahı naminə apardığınız müdrik daxili və xarici siyasəti yaşadığım ölkədə ən yüksək səviyyədə dəstəkləyəcək və təbliğ edəcəyəm".

X X X

ABŞ-ın Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirik.

Seçkilərdəki inamlı qələbəniz Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən dəstəklənməsini sübut edir.

Müasir müstəqil Azərbaycan Respublikasının yüksəlişi, bütün dünyada nüfuzunun artması, diasporumuzun daha da möhkəmlənməsi, xalqımızın tərəqqisi və rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyirik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət, sevinc dolu günlər, könül xoşluğu arzulayırıq".

-----------------
08.11.2013
20:43

ABŞ-ın Minnesota ştatı Nümayəndələr Palatasının üzvü Ceri Nyuton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
 

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ölkənizin nailiyyətləri, xüsusilə yoxsulluq səviyyəsinin azalması, ümumi daxili məhsulun üç dəfə artması, ekoloji və infrastruktur layihələrinin həyata keçirilməsi Sizin müdrik rəhbərliyinizin və gələcəyə istiqamətlənmiş siyasətinizin sübutudur. Bu yaxınlarda Bakıya səfərim zamanı şəhərinizin gözəlliyinin və Azərbaycan xalqının mehribanlığının və qonaqpərvərliyinin şahidi oldum.
ABŞ və NATO-nun sülhməramlılarına marşrut imkanı yaratmaq, Əfqanıstanda Birləşmiş Ştatların hərbçiləri ilə çiyin-çiyinə xidmət edən hərbi qüvvələr göndərməklə Siz ölkələrimiz arasındakı güclü əlaqələri bir daha sübut etmisiniz. Əminəm ki, sülh və təhlükəsizliklə bağlı ümumi maraqlarımız növbəti illərdə də inkişaf edəcəkdir.
Cənab Prezident, Azərbaycanın dostu olaraq bir daha Sizə və gözəl ölkənizin xalqına uğurlar arzu edirəm".


---------
17:32


Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Finlandiyada yaşayan Azərbaycan diasporunun bütün nümayəndələri adından təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Son on ildə Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sürətli inkişaf yolu keçərək bölgənin lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə söz və nüfuz sahibi olmuşdur. Xarici ölkələrdə yaşayan biz azərbaycanlılar bu uğurlardan qürur duyur, Vətənimizin inkişafı naminə gördüyünüz işlərlə fəxr edirik.

Cənab Prezident, Vətənimizin dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, Avropanın enerji təhlükəsizliyində liderliyi Azərbaycan diasporunun mövqeyini möhkəmləndirir, bizi daha fəal olmağa ruhlandırır.

Fürsətdən istifadə edərək, Sizə bir daha ən xoş arzularımı çatdırır, prezidentliyinizin növbəti dönəmində də böyük uğurlar diləyirəm".

X X X

Azərbaycan Amerikan Qadınlar Cəmiyyətinin prezidenti Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Danimarkada yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm.

Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, vətənimiz Azərbaycanın Sizin rəhbərliyinizlə qazandığı möhtəşəm uğurlara ürəkdən sevinirik. Sizin uğurlu və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı yüksəlmiş, vətənimiz tərəqqi etmiş, beynəlxalq aləmdə nüfuzu artmışdır. Biz Sizin siyasətinizi dəstəkləyir, Azərbaycanın haqq işinin dünyada tanıdılması istiqamətində bundan sonra da səylə çalışacağımızı ali diqqətinizə çatdırırıq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, şərəfli və məsul işinizdə uğurlar diləyir, doğma Azərbaycanımızın daha da çiçəklənməsini arzu edirik".

---------
14:12


Azərbaycan Amerikan Qadınlar Cəmiyyətinin prezidenti Minəvvər Vahabova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizin yeni dönəmində böyük uğurlar diləyirik.

Cənab Prezident, biz Azərbaycandan uzaqda yaşasaq da, ürəyimiz daim Vətənimizlə birgə döyünür. Vətənin hər bir sevincinə sevinir, kədərinə şərik oluruq. Son illərdə doğma Azərbaycanımızda gedən quruculuq işləri, dövlətimizin daxili və xarici siyasəti bizim qəlbimizi qürur hissi ilə doldurur. Hər zaman, hər yerdə Sizin siyasətinizi dəstəkləyir və Vətənimizin layiqli vətəndaşı olmağa çalışırıq. Sizi əmin edirik ki, uzaq məsafə qürbətdə yaşayan həmvətənlərimizin Vətən eşqini zərrə qədər də azalda bilməz.

Cənab Prezident, Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi daha böyük fəaliyyətlərə ruhlandırır. Əminəm ki, yeni dönəmdə doğma vətənimiz Azərbaycanın çiçəklənməsi, dünya dövlətləri arasında öz layiqli yerini möhkəmlətməsi, xalqın rifah halının daha da yaxşılaşması istiqamətində daha böyük uğurlar qazanacaq, doğma Qarabağımızın düşmən tapdağından azad olması üçün daha əzmlə mübarizə aparacaqsınız.

Azərbaycanımızın çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Xahiş edirəm, xaricdə yaşayan azərbaycanlıların dəstəyinə inanasınız və bizə etibar edəsiniz".


X X X

Azərbaycan Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yangın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Azərbaycan Türkiyə İş Adamları Birliyi adından təbrik edir, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayırıq.

Ürəkdən inanırıq ki, Sizin müdrik siyasətiniz Qafqazın parlayan ulduzu olan Azərbaycanı daha böyük uğurlara qovuşduracaqdır.

Bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə böyük məmnunluqla təbrik edir, uğurlarınızın bundan sonra da davamlı olacağına sonsuz inamımızı ali diqqətinizə çatdırırıq".

X X X

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı adından təbrik edir, Sizə Azərbaycanın xoşbəxt gələcəyi naminə möhtəşəm fəaliyyətinizdə uğurlar diləyir, möhkəm cansağlığı arzu edirik.

Əminik ki, ulu öndər Heydər Əliyevin memarı olduğu və yaratdığı müasir müstəqil Azərbaycan Respublikası Sizin müdrik siyasətiniz sayəsində regionda liderliyini daim qoruyub saxlayacaqdır.

Sizin dünyanın harasında olursa-olsun, bütün azərbaycanlılara, xüsusən də gənclərə qayğınızı həm idmanda, həm siyasətdə, həm də iqtisadiyyatda görür və bundan qürur hissi duyuruq. İnanırıq ki, gündən-günə gözəlləşən, böyüyən, inkişaf edən Azərbaycan Respublikası Sizin sayənizdə nəinki regionda, eləcə də dünyada aparıcı dövlətlərdən birinə çevriləcəkdir".

------------
13:55

Rusiya Federasiyasının Arxangelsk Şəhər Dumasının deputatı Hüseyn Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz və inauqurasiya mərasimi münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni uğurlar, Azərbaycan Respublikası naminə səmərəli fəaliyyət, bütün təşəbbüslərinizin həyata keçməsini, sədaqətli dostlar və məsləkdaşlar arzulayıram. Azərbaycan Respublikasına sülh və firavanlıq diləyirəm".

X X X

Rusiya Federasiyasının Volqoqrad vilayəti udi icmasının sədri, Fəlsəfə elmləri doktoru Riçard Danakari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Rusiya Federasiyasının Volqoqrad vilayəti udi icmasının nümayəndələri Sizi yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edir.

Əminik ki, Siz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, ölkədə millətlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə yönəlmiş fəaliyyət kursunuzu davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq".


X X X

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Xalqımız bu seçimi ilə Sizin dövlətçiliyin və ölkəmizin demokratik dəyişikliklərə, beynəlxalq aləmdə vətənimizin mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə olan etibarını bildirdi. Əminəm ki, Azərbaycan xalqının seçkilərdə nümayiş etdirdiyi birlik Sizin gələcək uğurlu fəaliyyətinizdə etibarlı zəmin olacaqdır. Siz ölkəmizi demokratik, hüquqi və sosial dövlət quruculuğu yolu ilə daha da irəli aparacaqsınız.

Xalqımızın rifahı, vətənimizin inkişafı naminə fəaliyyətinizdə Sizə səmimi qəlbdən uğurlar arzulayıram".

X X X

"AccessBank" QSC-nin sədri Mixael Hoffmann Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti və Almaniyanın "Access Microfinance Holding AG" şirkətinin rəhbərliyi və işçi heyəti adından səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan son illərdə böyük iqtisadi inkişafa nail olmuş və ölkə həyatının müxtəlif sahələrində sanballı irəliləyişlər baş vermişdir.

Güclü iqtisadi dinamika, həmçinin "AccessBank"ın öz missiyasını həyata keçirməsinə də böyük töhfə vermişdir. Bank, xüsusən, ölkənin regionlarında və kənd ərazilərində mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi sahəsində öz fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirməyə nail olmuşdur.

Sizə möhkəm cansağlığı, növbəti Prezidentliyiniz müddətində fəaliyyətinizdə böyük uğurlar arzulayırıq".

---------
13:30

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Prezident seçkilərində inamlı qələbəniz Azərbaycan xalqının Sizə, ötən illərdə ölkənizin tərəqqisi və çiçəklənməsində qətiyyətli və müdrik siyasətinizə böyük etimadının bariz göstəricisidir.

Şri-Lanka ilə Azərbaycan səmimi dostluğa və yaxın əməkdaşlığa malikdir. Əminəm ki, Zati-alinizin prezidentliyinin yeni dövründə Sizinlə birgə səylərimiz bu əlaqələri daha da gücləndirəcəkdir.
Zati-aliləri, xahiş edirəm, Sizə uğurlar, möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə davamlı inkişaf və əmin-amanlıq arzularımı qəbul edin".

----------------
07.11.2013
15:55

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,

İlk növbədə biz, Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalistlər Sizi prezident seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edir və buna çox sevindiyimizi bildiririk. Biz, Sizə - hörmətli Azərbaycan Prezidentinə dünya azərbaycanlılarının möhkəm arxası, ümidi və sevimlisi olan bir rəhbər kimi həmişə inanmışıq, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyiniz qayğı və diqqətə görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Gürcüstanda çalışan azərbaycanlı jurnalistlər bildirirlər ki, Sizin prezident seçkilərində ədalətlə, azad və şəffaf, demokratik və beynəlxalq standartlara uyğun parlaq qələbə qazanmağınız doğma Azərbaycanımızın, eyni zamanda, doğulduğu və məskunlaşdığı yerdən asılı olmayaraq harada yaşasalar da - azərbaycanlıların uğurlu gələcəyidir.
Hörmətli Prezident, əminik ki, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət biz azərbaycanlıların xoşbəxt gələcəyini həmişəlik təmin edəcəkdir. Biz jurnalistlər də bu həqiqətə həmişə inanmışıq və biz öz məqsədyönlü fəaliyyətimizlə Azərbaycan həqiqətlərini, onun Prezidentinin siyasi kursunu dəstəkləyir və təbliğ edirik.

Bu il keçirilən 9 oktyabr prezident seçkiləri də tarixə qızıl hərflərlə yazıldı. Biz jurnalistlərin istəyi odur ki, Sizin rəhbərliyiniz ilə Dağlıq Qarabağ problemi də birdəfəlik həll edilsin və Azərbaycanın bu yolda qələbəsi də tarixə qızıl hərflərlə yazılsın. Biz Sizin apardığınız müdrik siyasətin uğur qazanacağına inanırıq. Əminik ki, Azərbaycan qüdrətli və çiçəklənən bir ölkə kimi bu ağrılı problemi həll edəcəkdir.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edir, xalqımıza gözaydınlığı verir və qeyd edirik ki, Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz. Biz, Gürcüstanda yaşayan azərbaycanlı jurnalistlər Sizin uğurlarınıza həmişə sevinir, möhtəşəm və məqsədyönlü fəaliyyətinizdən qürur hissi duyuruq. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik".

X X X

Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti idarə heyətinin sədri Murat Bakır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da bu arzusunu böyük fədakarlıqlar və əvəzsiz itkilər hesabına həyata keçirməyə nail olmuşdur. Azərbaycan dövlətinin qazandığı uğurlar, milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi və sülhsevər bir ölkə kimi tanınması ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir.

Bu gün Ümummilli Liderin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Zati-alinizin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir. Bunun nəticəsidir ki, dost və qardaş Türkiyə Respublikası başda olmaqla region və digər dünya dövlətləri ilə Azərbaycan Respublikası arasında qarşılıqlı iqtisadi-siyasi, sosial mədəni əlaqələr gündən-günə genişlənir və inkişaf edir.

Cənab Prezident, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının möhkəmlənməsinə, türk investorların Azərbaycana cəlb edilməsinə töhfələr verən Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti - TÜSİAB-ın üzvləri adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı sülh və demokratiya, əmin-amanlıq, iqtisadi inkişaf yolu ilə sürətlə irəliləyərək öz tarixinin yeni şanlı səhifələrini yazacaqdır".

--------
15:26

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Avropa Azərbaycanlıları Konqresi Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edir.

Məhz bu seçkilərin nəticəsi qarşıdan gələn beş ildə Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən Avropa məkanında siyasətini, iqtisadi strategiyasını, sosial inkişafını, ölkə vətəndaşlarının rifahını və ümumxalq müvəffəqiyyətini müəyyən edəcəkdir. Ölkəmizdə gedən müsbət proseslər təbii ki, Azərbaycan diasporunun da həyat və fəaliyyətində, ruh və mənəviyyatında əks olunacaqdır.

Azərbaycan Respublikası ötən on il ərzində Sizin rəhbərliyiniz ilə bütün sahələrdə həqiqətən böyük inkişaf yolu qət etmişdir. Bu inkişafın bəhrəsi bizlər - Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir. Azərbaycan gənc, müstəqil dövlət olaraq ildən-ilə siyasi cəhətdən sabitləşmiş, dünya iqtisadiyyatında mövqeyi güclənmiş, ölkədə həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Eyni zamanda, təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahələrində də böyük irəliləyişlər əldə edilmişdir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyanın müsbət nailiyyətlərini əks etdirərək, Avropa məkanına inteqrasiyanın mühüm mərhələlərini uğurla keçmişdir.

Bu müvəffəqiyyətlər sözsüz ki, şəxsən Sizin, cənab Prezident, böyük səyiniz nəticəsində əldə edilmişdir. Zati-aliləri, Siz qloballaşma dövründə, Cənubi Qafqaz regionundakı mürəkkəb siyasi şəraitdə Azərbaycanın taleyini böyük siyasi bacarıqla düzgün istiqamətləndirmiş, Azərbaycanı düşünülmüş inkişaf yolu ilə daim irəliyə aparmısınız.
Məhz Sizin rəhbərliyiniz ilə diaspor quruculuğu, azərbaycançılıq ideyası uğurla inkişaf etmiş və geniş vüsət almışdır.

Hörmətli Prezident, Sizi bir daha tarixi qələbəniz münasibətilə təbrik edir, Azərbaycanımızın parlaq gələcəyi, Avropa məkanına sürətli inteqrasiyası naminə apardığınız siyasətdə müvəffəqiyyətlər arzu edirik. Biz Sizinlə fəxr edirik".

X X X

Rusiya Federasiyasının Yekaterinburq Şəhər Dumasının sədri Yevgeni Royzman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Yekaterinburq sakinləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ali dövləti vəzifənizin növbəti dönəmində də Azərbaycan Respublikası sürətli inkişafını davam etdirəcəkdir.

Biz Yekaterinburq şəhəri ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ikitərəfli dialoqumuz davam edəcək, əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, bütün planlarınızın uğurla həyata keçməsini, Azərbaycan vətəndaşlarına sülh və əmin-amanlıq arzulayıram".

--------
15:09

Oslo Azərbaycan Evi-nin təsisçisi və sədri, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi və baş katibi, Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Ramil Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi öz adımdan, Norveç Krallığında yaşayan azərbaycanlılar və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız adından təbrik edir, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

Mütləq səs çoxluğu ilə yenidən Prezident seçilməyiniz həm xaricdə yaşayan azərbaycanlılar, həm də xalq arasında yüksək nüfuzunuzun olduğunu bütün dünyaya təsdiqlədi. Əminik ki, Prezidentliyinizin növbəti beş ilində də Norveç və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərinləşməsi və genişlənməsi işinə dəstək verəcəksiniz.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayırıq".

--------
14:55

Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə Prezidentliyinizin növbəti mərhələsində də uğurlar diləyir, Azərbaycanın daha da çiçəklənməsini arzu edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə ən dərin hörmət və ehtiramımı bir daha bildirirəm".

----------
14:46

Türkiyə Böyük Millət Məclisinin Trabzondan millət vəkili Əli Naci Tuncer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Sizin Prezidentliyinizin növbəti dönəmində də Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, dili, dini, adət-ənənələri bir olan xalqlarımızın rifahı yüksələcəkdir.

Mərhəmətli Allahdan Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq diləyirəm.
Zati-aliləri, böyük hörmət və ehtiramımı qəbul edin".

X X X

Moskvadakı "SitiMed" klinikalar şəbəkəsinin baş direktoru Ənvər Həmidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirik.

Sizə möhkəm cansağlığı, Azərbaycana Sizin müdrik rəhbərliyinizlə bundan sonra da tərəqqi arzulayırıq".

X X X 

Sloveniyanın iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Sloveniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkənizin yüksək inkişafının şahidi olduq. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunuq. Əminik ki, bu inkişaf xalqlarımızın rifahı naminə Sizin hakimiyyətinizin növbəti dövründə də güclənərək, yeni sahələri əhatə edəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir və ən səmimi ehtiramlarımı çatdırıram".

----------------
06.11.2013
15:01

Kanada, Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Prezident seçilməyiniz münasibətilə Kanadanın Monreal şəhərinin Azərbaycan icmasının adından Sizi təbrik edirəm.
Sizi növbəti dəfə Prezident seçməklə Azərbaycan xalqı öz müdrikliyini və siyasi zəkasını bir daha nümayiş etdirdi. Bu seçimlə xalqımız sübut etdi ki, bütün dünya Sizin həyata keçirdiyiniz daxili və xarici siyasətə inanır və etibar edir. Biz, Kanada azərbaycanlıları bu etibarı bölüşürük və inanırıq ki, növbəti beş ildə də xalqımızın yeni nailiyyətlərinin şahidi olacağıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan yaxın gələcəkdə Qarabağ problemini həll edəcəkdir.
Cənab Prezident, Sizə və Azərbaycan xalqına yeni tarixi nailiyyətlər arzu edirik.
Dərin hörmətlə,

Məsud Əliyev
Kanada, Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri"


X X X

Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti, Türkiyə Otel, Restoran və İstirahət yerləri İşçiləri Həmkarlar İttifaqının sədri Cemail Bakındı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizin "bir millət, iki dövlət" olaraq Azərbaycan və Türkiyə xalqları üçün xeyirli olmasını diləyir, Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm".

X X X

Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı adından səmimi qəlbdən təbrik edirik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza firavanlıq arzulayırıq.
Hörmətlə,
Vano Mtvralaşvili
Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının sədri,

Vaxtanq İobaşvili
Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqı sədrinin müavini".

X X X

Moskva Dağ Yəhudiləri İcmasının idarə heyətinin sədri Arif Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Əslən Cənubi və Şimali Qafqazdan olan dağ yəhudilərini öz sıralarında birləşdirən Moskva Dağ Yəhudiləri İcması yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını təbrik edir. Siz ölkədə yaşayan bütün xalqların nəzərində sülhün, sabitliyin və hüquq bərabərliyinin qarantısınız.
Doğma Azərbaycanın firavanlığı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayırıq".

X X X

Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, Rusiya Federasiyasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor Həsən Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz həmvətənlərinizin Sizə yüksək etimad göstərməsini və Azərbaycan Respublikasının müstəqil, demokratik, müasir dövlət kimi inkişaf kursunun dəstəkləməsini, əmin-amanlığın, sülhün və vətəndaşların firavanlığının respublika rəhbərliyi üçün ən mühüm vəzifələr olmasını təsdiq edir.

Son illər ərzində Azərbaycanda həyatın sosial-iqtisadi və siyasi sahələrinin inkişafı üçün çox işlər görülmüşdür və görüləcəkdir. Əminəm ki, qarşıdakı bütün müsbət dəyişikliklər və islahatlar Azərbaycan və Rusiya xalqları arasında qədim dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali dövləti vəzifənizdə Azərbaycan Respublikası xalqının rifahı naminə yeni uğurlar diləyirəm. Sizə və yaxınlarınıza əmin-amanlıq arzulayıram".

X X X

ABŞ-da Azərbaycanın Dostları Assambleyasının prezidenti Kamal Öksüz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi Azərbaycanın Dostları Assambleyası adından təbrik edirəm. Bu seçkilər Azərbaycan Respublikasında demokratiyanın inkişafı uğrunda növbəti mühüm mərhələ olmuşdur.

Azərbaycan və ABŞ-ı birgə strateji maraqlar birləşdirir. Bir amerikalı kimi, Azərbaycanın ABŞ-ın Əfqanıstan və İraqda həyata keçirdiyi sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirirəm. ABŞ ilə Azərbaycan ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Azərbaycan bizim avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. ABŞ və avropalı müttəfiqlərimiz bu məsələdə Azərbaycanın liderliyini yüksək qiymətləndirir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirəm".

----------
13:46


ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının üzvü Rida T.R. Kabanilla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının və onun ABŞ kimi müttəfiqlərinin də qələbəsidir. Bu seçkilər Azərbaycanda demokratiyanın inkişafının növbəti mühüm mərhələsi olmuşdur.

ABŞ ilə Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərirlər. Biz Azərbaycanın Birləşmiş Ştatlara sülhyaratma əməliyyatlarında və Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm dəstəyini yüksək qiymətləndiririk.

ABŞ və Azərbaycanı müxtəliflik, tolerantlıq, etnik azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir.

Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.

Cənab Prezident, Azərbaycanın dostları olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq".

X X X

Tailand Krallığının Baş naziri Xanım Yinqlak Şinavatra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Tailand Krallığının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram. Qələbəniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə olan möhkəm inamının əyani göstəricisidir.

Əminəm ki, Tailand ilə Azərbaycan arasında əlaqələr və dostluq münasibətləri hakimiyyətdə olacağınız növbəti dövrdə də inkişaf edəcəkdir. Xalqlarımız arasındakı qarşılıqlı səmərəli əməkdaşlığı bütün sahələrdə möhkəmləndirmək üçün Sizinlə birgə çalışmaqdan məmnunam. Azərbaycanı daha firavan gələcəyə aparmaq işində Sizə uğurlar arzu edirəm.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul edin".

------------------
05.11.2013
17:05

Palmali Şirkətlər Qrupunun sədri Mübariz Mənsimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,

Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi Palmali Şirkətlər Qrupunun çoxminli kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu şəksiz qələbə bütün Azərbaycan xalqının qələbəsidir.

Bu təmiz və şəffaf qələbə Azərbaycan xalqının Sizə olan inamının qələbəsidir. Bu qədirbilən xalqımızın Sizə olan etimadının qələbəsidir.

Bu böyük qələbə ulu öndər Heydər Əliyev fəlsəfəsinin təntənəsidir.

Dəfələrlə bəyan etdiyim kimi, mən və mənim komandam, Palmalidə çalışanların hamısı hər zaman, hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq.

Güclü və firavan Azərbaycan, xoşbəxt sabahımız, Qarabağımız naminə Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik".

X X X

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Ruhani İdarəsi Rəyasət heyətinin sədri İsmayıl Berdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və xalqınızı Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi adından səmimi qəlbdən təbrik edirəm.

Bütün dünya İslam dininin mövqelərinin möhkəmlənməsi, Azərbaycanın çiçəklənməsi üçün Sizin həqiqətən böyük işlər gördüyünüzü bilir. Müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində Sizin seçkilərdə parlaq qələbəniz Vətən naminə əməyinizə verilən layiqli qiymət oldu. Mərhəmətli Tanrıdan Sizə ən böyük nemətlər diləyirəm.

İmanınız kamil olsun, Böyük Yaradan nəcib məqsədlərinizin həyata keçməsində Sizə kömək etsin.

Sizə, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm".

X X X

Şimali Kiprin Yaxın Doğu Universitetinin qurucu rektoru Dr. Suat İ.Günsel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezidentim,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi ürəkdən sevindirmişdir.
Əminik ki, demokratik, dünyəvi və sosial-hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Sizin liderliyinizlə daha böyük nailiyyətlər qazanacaqdır.

Ali dövləti vəzifənizdə Sizə daha böyük nailiyyətlər arzu edirəm".

X X X

Oksford Universitetinin elmlər doktoru, "World Fashion Brands & Merchandising Group / World Fashion Organization (WFO)" şirkətinin sədri - baş icraçı direktoru Devid Li Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Bu il oktyabrın 9-da seçicilər seçki məntəqələrinə gəlib sabitliyə, inkişafa, tərəqqiyə yönəlmiş siyasətinizi dəstəkləyərək Sizə - böyük dövlət xadiminə və müasir Azərbaycanın liderinə yekdilliklə səs vermişlər.

Ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Hörmətli İlham Heydər oğlu, ulu öndər Heydər Əliyevin bu sözlərini məhz Siz reallığa çevirmisiniz. Sizin yorulmaz əməyiniz, titanik fəaliyyətiniz sayəsində Azərbaycan son 10 ildə müasir ölkələrdən birinə, regionun hərəkətverici qüvvəsinə çevrilmişdir. Azərbaycanda müasir istehsal müəssisələri istifadəyə verilir, sosial problemlər uğurla həll edilir, şəhərlər, rayonlar abadlaşır, Şərq və Qərb ölkələrini birləşdirən enerji və nəqliyyat dəhlizləri yaradılır. İqtisadiyyat, mədəniyyət və idman sahələrində heyrətamiz nailiyyətlər Azərbaycanı mühüm ölkələr sırasına çıxarmışdır. Burada dünya, Avropa və beynəlxalq səviyyəli tədbirlər, forumlar, festivallar, idman yarışları keçirilir.

Siz bir sıra istiqamətlərdə yeni ideyaları reallaşdırmaqla Azərbaycanın həyatını, xalqın dünyagörüşünü modernləşdirir, ölkədə memarlıq, şəhərsalma, təhsil, təbabət və digər sahələrdə Avropa və dünya səviyyəli yeniliklər tətbiq edir, insanların rifahını yaxşılaşdırırsınız. Bunu bütün dünya birliyi etiraf edir.

Buna görə də dünyanın nüfuzlu çoxsaylı şirkətləri Azərbaycana gəlir, ölkə iqtisadiyyatının inkişafına böyük sərmayələr qoyurlar. Bu, Sizə böyük etimadın parlaq nümunəsidir.
Sizin ardıcıl, uzaqgörən və müstəqil siyasətiniz sayəsində Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu, Sizin ölkənizin dünyada əsas dövlətlərdən biri kimi tanınmasına parlaq sübutdur.

Zati-aliləri, bizim "World Fashion Brands & Merchandising Group/World Fashion Organization" şirkəti də ölkənizlə sıx əməkdaşlıq etməyə, moda və ticarət sahəsində yeni ideyaları, müasir baxışları və son nailiyyətləri Azərbaycana gətirməyə, Sizin Azərbaycanı modernləşdirmək siyasətinizin iştirakçısı olmağa hazırdır.

Cənab Prezident, seçkilərdə inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənin inkişafı naminə ardıcıl siyasətinizdə böyük uğurlar arzulayır, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə gözəl həyat, firavanlıq, sülh və tərəqqi diləyirik.

Dərin hörmətlə,

Devid Li
Oksford Universitetinin elmlər doktoru,
"World Fashion Brands & Merchandising
Group / World Fashion Organization (WFO)"
şirkətinin sədri - baş icraçı direktoru

Vladimir Zaplatinski
iqtisadiyyat doktoru,
"World Fashion Brands & Merchandising
Group / World Fashion Organization (WFO)"
şirkətinin sədr müavini".


X X X

ABŞ Senatının Şimali Karolina ştatından üzvü Senator Riçard Bör Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu seçkilərdəki inamlı qələbəniz Azərbaycanı inkişaf etdirmək siyasətinizin seçicilər tərəfindən dəstəklənməsinin əyani təsdiqidir.

Həmkarlarım və mən bir müddət əvvəl Bakıda Zati-alinizlə görüşüb Azərbaycanın, ABŞ-ın və regiondakı tərəfdaşlarımızın qarşılaşdığı problemləri müzakirə etmişik.

Fürsətdən istifadə edərək, ABŞ hökumətinə və xalqına göstərdiyiniz möhkəm dəstəyə görə, cənab Prezident, Sizə, Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirmək istərdim.

ABŞ-ın və Azərbaycanın bir sıra ortaq strateji maraqları vardır. Bu maraqların təmin olunmasında, o cümlədən terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyi məsələsində, ABŞ və NATO qüvvələrinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında Azərbaycan Birləşmiş Ştatların etibarlı və sınanılmış tərəfdaşıdır".

X X X

"Konsolideyted Kontraktors İnterneyşnl Kompani (CCC)" şirkətinin Monqolustan və MDB ölkələrində biznesin inkişafı üzrə icraçı direktoru Juan Bulos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "Konsolideyted Kontraktors İnterneyşnl Kompani (CCC)" şirkətinin Azərbaycan nümayəndəliyi adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın gələcək inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram".

X X X

ECO Ticarət və İnkişaf Bankının prezidenti Hüseyn Qəzavi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ECO Ticarət və İnkişaf Bankının adından ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram. Növbəti prezidentlik dövründə Zati-alinizə səmimi qəlbdən daha böyük uğurlar və möhkəm cansağlığı arzu edirəm.

Əminəm ki, hakimiyyətdə olduğunuz dövrdə Azərbaycan ilə ECO-nun üzvü olan ölkələr arasında həmrəylik və əməkdaşlıq daha da güclənəcəkdir. Bu mənada Azərbaycan Respublikasını ECO Ticarət və İnkişaf Bankının üzvü və səhmdarı kimi görməkdən böyük qürur duyuruq. Böyük imkanları ilə Azərbaycanın təşkilata üzvlüyü qurumun regiondakı iqtisadi əməkdaşlığı və inkişafı gücləndirmək səylərini daha da möhkəmləndirəcəkdir.

ECO Ticarət və İnkişaf Bankı bir sıra mühüm layihələrin həyata keçirilməsi üçün nüfuzlu Azərbaycan Respublikası ilə birgə çalışmağa hazırdır. Bu sahədə Zati-alinizin dəyərli və lütfkar dəstəyi bankımız üçün vacibdir.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

X X X

ABŞ-ın Tennesi ştatının Nümayəndələr Palatasının üzvü Coni Törner Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Sizi yenidən Prezident seçilməyiniz, Azərbaycan xalqını isə vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ münasibətilə təbrik edirəm. Ümummilli seçkilər vətəndaşlara seçim hüququ verir və demokratik prosesin vacib hissəsini təşkil edir.

ABŞ ilə Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Bizim ölkələri ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət kimi ortaq dəyərlər birləşdirir.

Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.

Cənab Prezident, Azərbaycanın dostu olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq".

X X X

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

İcazə verin, yenidən Prezident seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırım. Gələcək illərdə Sizə uğurlar diləyir, 2014-cü ildə Münhendə görüşəcəyimizə ümid edirəm.

Fürsətdən istifadə edərək, son illərdəki xeyirxahlığınız və gözəl əməkdaşlığınız üçün Sizə bir daha təşəkkür etmək istərdim. Gələcək illərdə hökumətinizlə əməkdaşlığa çox ümid edirəm. Davamlı əməkdaşlığımızı rəsmiləşdirmək üçün gələn il Azərbaycana səfər etmək fikrindəyəm. Eyni zamanda, baş məsləhətçim və xarici əlaqələr, inkişaf və protokol şöbəsinin müdiri doktor Benedikt Frenkdən xahiş etmişəm ki, bu ilin sonuna qədər Bakıya səfər etsin və birgə konfrans keçirmək barədə imkanları öyrənsin. Biz Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qətiyyətliyik".

---------------
04.11.2013
19:02


İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu!

Zati-aliləri,

Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə üçüncü dəfə seçilməyiniz münasibətilə Sizə şəxsən öz adımdan və Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına isə daim tərəqqi və rifah arzulayıram.

Dərin hörmət və yüksək ehtiramla,

Qardaşınız

Abdullah bin Əbdüləziz Al Səud
İki Müqəddəs Ocağın Xadimi,
Səudiyyə Ərəbistanının Kralı".

X X X

ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının sədri Jozef M. Souki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Havay Ştatının qanunverici hakimiyyəti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və xalqlarımız arasında dostluq əlaqələrini inkişaf etdirmək sahəsindəki xidmətlərinizi yüksək qiymətləndirir.

Birləşmiş Ştatlar ilə Azərbaycan arasında ümumi strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq mövcuddur. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısını almaq, qlobal səviyyədə tolerantlıq və tərəqqini təşviq etmək üçün birlikdə işləyirlər. Ümumi maraqlarımız daha geniş şaxələndirmə, tolerantlıq, həmçinin milli azlıqlara hörmət, gender hüquqları və s. sahələri əhatə edir. Hər bir demokratik sistem üçün vacib olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin kökləri vardır.

Yenidən Prezident seçilməyiniz Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Sizin ölkə və xalq qarşısındakı xidmətlərinizin, qətiyyətli mövqeyinizin təsdiqidir.

Azərbaycan Respublikası ABŞ-ın Havay Ştatı ilə bütün sahələrdə, o cümlədən ticarət, mədəniyyət və təhsil sahələrində mübadilə əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verir. Sakit okean regionunda ticarət yollarının kəsişməsində yerləşən Havay, Sizin xidmətlərinizi yüksək qiymətləndirir və Azərbaycanın Xəzər regionundakı əhəmiyyətini xüsusi vurğulayır.

Cənab Prezident, biz Sizin beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində müstəsna liderlik rolunuzu, diqqətəlayiq uğurlarınız ilə qlobal səviyyədə həmkarlarınızın rəğbətini qazanmağınızı və yüksək nüfuza malik olmağınızı qeyd edərək Zati-alinizi bir daha səmimi qəlbdən təbrik edirik.

Zati-aliləri, ali dövləti vəzifənizdə Sizə daha böyük uğurlar arzu edir, möhkəm cansağlığı diləyirik.

Dərin hörmətlə,

Jozef M. Souki
ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının sədri,

K.Mark Takai
ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının üzvü,

Rida T.R. Kabanilla
ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının üzvü,

Brayn Takeşita
ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası Aparatının rəhbəri,

Donna Merkado Kim
ABŞ-ın Havay ştatı Senatının sədri,

Kalani J. İnqliş
ABŞ-ın Havay ştatı Senatının üzvü

Donovan Dela Kruz
ABŞ-ın Havay ştatı Senatının üzvü,

Karol Taniquçi
ABŞ-ın Havay ştatının Senatı Aparatının rəhbəri".

X X X

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu!

Hörmətli cənab Prezident,

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına isə daim tərəqqi və rifah arzulayıram.

Dərin hörmət və yüksək ehtiramla,

Qardaşınız

Salman bin Əbdüləziz Al Səud,
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi,
Baş nazirin müavini, müdafiə naziri".

X X X

Rusiya Federasiyasının Federasiya Şurasının üzvü Ralif Safin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Həmvətənlərinizin Sizə göstərdiyi yüksək etimad Azərbaycan dövlətinin təşəkkülünə və inkişafına, onun iqtisadi tərəqqisinə şəksiz töhfələrinizin etiraf edilməsinin sübutudur.
Sizə yeni uğurlar, Azərbaycan Respublikasına əmin-amanlıq və firavanlıq arzu edirəm".

X X X

ABŞ-ın Minnesota ştatı Senator Alis Conson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Bu ilin may ayında mən Niaqara Fondunun qonağı kimi Azərbaycanda səfərdə oldum. Heyrətamiz idi. Sizin ölkəniz haqqında təəssüratlarımız, həmçinin qonaqpərvərliyiniz unudulmazdır. Ərim də, mən də inanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaqdır.

Əminəm ki, ölkəniz dünyada sülh naminə fəaliyyət göstərməkdə davam edəcəkdir. Bu işi görmək üçün Sizin nadir mövqeyiniz vardır.

Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, gələcəkdə gözəl ölkənizə bir daha səfər edəcəyəm".

X X X

İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Seçkilərdə qazandığınız inamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə və dövlətinizin misilsiz nailiyyətlərinə verdiyi qiymətin sübutudur.

Fürsətdən istifadə edərək Azərbaycan xalqının rifahı naminə yorulmaz səylərinizdə İslam İnkişaf Bankı Qrupunun hər zaman Sizi dəstəkləməyə hazır olduğunu bildirmək istərdim. Bizim Bank Azərbaycanın İslam İnkişaf Bankı Qrupunun üzv ölkələrinin davamlı tərəqqisi və inkişafı naminə göstərdiyi səyləri dəstəkləmək məqsədilə bütün imkanlarını Sizə təqdim etməyə hazırdır.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

X X X

"İTERA" Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi şəxsən öz adımdan və "İTERA" Beynəlxalq Şirkətlər Qrupunun bütün kollektivi adından səmimi qəlbdən təbrik edirəm.

Üçüncü dəfə Prezident seçilməyiniz Sizin gözəl ölkəniz üçün həqiqətən tarixi əhəmiyyətli, taleyüklü hadisədir. Bu, həm Sizin yürütdüyünüz siyasətin Azərbaycan xalqı tərəfindən fəal dəstəklənməsinə dəlalət edir, həm də Azərbaycan Respublikasında sabitlik, tərəqqi və firavanlıq yolu ilə daha da irəliləmək üçün çox mühüm amildir.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə böyük uğurlar, əməksevər Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq və sabaha inam arzulayıram".

X X X

Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, doğma Azərbaycanımızın parlaq gələcəyi naminə şərəfli və məsuliyyətli vəzifənizdə uğurlar arzulayıram.

Möhtərəm Prezident, Gürcüstan azərbaycanlıları ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsini, milli respublikamızda baş verən sürətli dəyişiklikləri Sizin adınızla bağlayır və onun xoşbəxt gələcəyinin də məhz Sizinlə gələcəyinə qəti inamımı bildirir.

Hörmətli cənab Prezident, Sizi bir daha təbrik edir, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

X X X

ABŞ-ın Cənubi Dakota ştatı Nümayəndələr Palatasının üzvü Lans S. Rassel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan düzgün istiqamətdə irəliləyir və inkişaf edir. Mən Azərbaycanın ABŞ və Avropa ilə iqtisadi əlaqələrini genişləndirməsini və gücləndirməsini böyük maraqla izləyirəm.

Sizin bu səyləriniz yüksək dəyərləndirilir. Dövlətlərimiz arasında iqtisadi, demokratik və mədəni oxşarlıqlar gündən-günə artır.

Əminəm ki, Azərbaycan uğurlu inkişafını və ABŞ ilə strateji tərəfdaşlığını davam etdirəcəkdir.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və rifah diləyirəm".

X X X

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Dövlət Azərbaycan Dram Teatrının direktoru, Dağıstan Respublikasının və Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Şaqlar Xalikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Rusiya Federasiyası Dağıstan Respublikası Azərbaycan Teatrının kollektivi Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edir.

Sizə Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayırıq".

X X X

ABŞ-ın Şimali Dakota ştatı Nümayəndələr Palatasının üzvü Kori Mok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizin səmərəli fəaliyyətiniz Azərbaycanı regiondakı inkişafın ayrılmaz hissəsinə çevirmişdir.

Azərbaycanın demokratik prosesə verdiyi töhfəni alqışlayıram. Dünyada böyük dövlətlərin çox olmasına baxmayaraq, ən yaxşı və etibarlı hökumətlər xalqına öz arzularını reallaşdırmaq imkanı yaradanlardır. Yenidən Prezident seçilməyiniz xalqınızın Sizə inamının və Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyin təsdiqidir.

Sizin Azərbaycan dövləti ilə mənim doğma ştatım Şimali Dakota arasında oxşar cəhətlər çoxdur. Bizim hökumətlərimiz dövlətimizin və xalqımızın inkişafına daim sadiqdirlər. Ölkələrimiz sərhədlərimizdən kənar qonşu ölkələrlə bölüşdüyü zəngin təbii sərvətlərə malikdir. Bir-birimizdən öyrənməli olduğumuz çox şey var və mən dünyanın bizə məxsus kiçik hissəsini evimiz adlandıra biləcəyimiz bir məkana çevirmək üçün sizinlə və azərbaycanlı həmkarlarımla çalışmaqdan məmnunluq duyaram.

Növbəti aylarda və illərdə ABŞ ilə Azərbaycan arasındakı güclü əlaqələrin daha da inkişaf edəcəyinə əminəm. Münasibətlərimizin inkişafında maraqlı olduğumu bildirmək istəyirəm.

Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ölkənizə davamlı uğurlar diləyirəm.

Cənab Prezident, ən xoş arzularımı və təbriklərimi qəbul edin".

Milli.Az

Uyğun linklər:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.