Siyasət

Şəhid Mübariz İbrahimovun ölümündən sonrakı şəkilləri yayıldı! - FOTO

3 Avqust 2010 12:26
Baxış: 26 530
3 avqust, 12: 26

Müdafiə Nazirliyi Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz İbrahimovla bağlı açıqlama yayıb: "Biz dəfələrlə və özü də təkidlə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun cəsədinin ermənilərdə olması barədə açıqlama vermişik. Lakin Mübariz İbrahimovun şəhid olmasından ötən ay yarım müddətində Ermənistan tərəfi hərbçimizin meyitinin onlarda olmaması barədə dediklərini təkrarlamaqda davam etdi və hətta beynəlxalq təşkilatların göndərdikləri sorğulara yalan cavab verməkdən çəkinmədi. Avqustun 2-də isə Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkillər məhz ermənilər tərəfindən internetdə yayıldı. Bununla da ermənilər beynəlxalq hüquq normalarına riayət etmədiklərini və öz riyakarlıqlarını bir daha nümayiş etdirmiş oldular. Yəqin ki, beynəlxalq qurumlar şəkil məsələsini  nəzarətə götürərərk, araşdırmalarını intensivləşdirəcəklər. Biz isə şəhidmizin meyitini almaq üçün səylərimizi və bu məsələdə bütün imkanlarımızı səfərbər etməkdə davam edəcəyik" - deyə mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

--------------------

2 avqust, 19:03

İyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində şəhid olan Azərbaycan giziri  Mübariz Ağakərim oğlu İbrahimovun "odnoklassniki.ru" saytında öldürülmüş halda fotoları yayılıb.

Milli.Az xəbər portalının məlumatına görə, erməni istifadəçilər tərəfindən yerləşdirilən bu şəkillər bir daha erməni yalanlarını ifşa etdi.

Ermənistan indiyə qədər də şəhid gizirin cəsədinin onlar tərəfdə olmadığını iddia edərək, meyitin təhvil verilməsindən imtina edir.

Qeyd edək ki, 22 yaşlı gizirimizin meyitinin alınması tələbi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq təşkilatlara müraciət edib. Komissiyanın işçi qrupunun rəhbəri Firudin Sadıqovun sözlərinə görə, beynəlxalq hüquq normalarına əsasən meyidin döyüş bölgəsində saxlanması yolverilməzdir və bu, beynəlxalq qurumların diqqətinə çatdırılıb. Beynəlxalq qurumlarında dəfələrlə eyni tələblə Ermənistan tərəfinə müraciət edib. Lakin erməni tərəfi M.İbrahimovun meyitinin onlarda olmadığını iddia ediblər. İndi yayılan fotoşəkillər isə bunun əksini sübut edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Mübariz İbrahimova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamıyla Milli Qəhrəman adı verilib.

M.İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirib.

M.İbrahimov şəhid olan gündən bəri onun doğulub-böyüdüyü Biləsuvardakı ata ocağı ziyarətgaha çevrilib, Azərbaycan ictimaiyyəti şəhidimizin valideynlərini tək qoymur, tez-tez bu evə baş çəkərək, onların itkisinə şərik olur.

Milli.Az









Uyğun linklər:

Jurnalistlər Milli Qəhrəman Mübariz İbrahimovun evini ziyarət etdilər - FOTO

Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilir

Şəhid hərbçimiz Mübariz İbrahimova Milli Qəhrəman adı verildi!

Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan ombudsmanına məktub yazıb

Eldar Sabiroğlu: "Ermənilər indi də meyitlərimizi gizlətmək yolunu tutublar"

Müdafiə Nazirliyi: "Gizir Mübariz İbrahimovun meyitinin qaytarılması tələbi Ermənistana dəfələrlə çatdırılıb"

Ombudsman azərbaycanlı hərbi qulluqçunun cəsədinin qaytarılması ilə bağlı BQXK-nin prezidentinə müraciət etdi

Müdafiə Nazirliyi: "Şəhid əsgərin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlarla ardıcıl iş aparılır"

ATƏT şəhid əsgərimizin meyitinin qaytarılması ilə bağlı iş aparır

Ermənistan şəhid əsgərin meyitini qaytarmaqdan imtina edir

Müdafiə Nazirliyi: Atışmada ermənilər daha çox itki veriblər

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.