Mobil telefon

Google Play-də WhatsApp-ın başına gələnlər

30 Mart 2017 08:55
0 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

WhatsApp-a gələn son yeniliklərdən sonra tətbiqin Google Play Store səhifəsində birdən-birə minlərlə müsbət şərhlər meydana çıxmağa başladı. Üstəlik tətbiqdən, oyunmuş kimi bəhs edilərək tipli şərhlərdən söhbət gedir. WhatsApp, son zamanların ən çox danışılan tətbiqlərindən biridir.

Milli.Az technote.az-a istinadən bildirir ki, Snapchat bənzəri hətta birbaşa olaraq Snapchat də deyə biləcəyimiz - xüsusiyyətləri özünə inteqrasiya edən, daha sonra şikayətləri dəyərləndirərək köhnə xüsusiyyətlərini təkrar geri qaytaran WhatsApp-la əlaqədar indi də Google Play Store-da edilən olduqca qəribə şərhlər danışılır. Son bir neçə aydır edilən şərhlərdə, özündən sanki oyunmuş kimi bəhs edilən WhatsApp üçün "pulsuz oyun oynamaq üçün çox sakitləşdirici", "çox əyləncəli bir oyun" kimi şərhlər edilir. Üstəlik edilən qiymətləndirmələrin hamısı da 5 ulduzdur. Əslində bir tətbiqin etdiyi yenilənmədən  sonra 5 ulduz alması qədər təbii bir şey yoxdur, lakin WhatsApp-ın vəziyyəti hamınıza malumudur. Snapchat xüsusiyyətlərini birə-bir kopyalayaraq WhatsApp-ın bütün istifadəçilərdən 5 ulduz alması sizcə də qəribə deyilmi? Bütün bu olanlardan sonra WhatsApp-ın "müsbət tənqid satın aldığı" istiqamətində iddialar çıxmağa başladı və şirkət, bunun qarşısını almaq məqsədi ilə açıqlama etdi: "Xidmətimizi, 1.2 milyard istifadəçi üçün daha yaxşı etməkdən ötrü davamlı  olaraq çalışırıq. Saxta araşdırmalar üçün vaxtımız yoxdur. Problem üçün "Google" ilə əlaqə qurduq  və həll etməyə çalışırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.