Milli.Az Gizmodo-ya istinadən bildirir ki, 16 geqabaytlıq yaddaşa malik iPhone 5S-in gerçək qiyməti 199 dollar, 64 geqabayt yaddaşlı iPhone 5S-in qiyməti isə 218 dollardır.
iPhone smartfonlarının Çindəki zavodlarda detallardan yığılması prosesi ilə bağlı xərclər 8 dollardır.
iPhone 5C smartfonundakı bütün detalların toplam dəyəri 183 dollar, yığım xərci isə 7 dollardır.
Hər iki smartfonda ən bahalı detal displeydir: iPhone 5C və 5S-in displeyləri Apple korporasiyasına 41 dollara başa gəlir.
İHS analitikləri hesab edirlər ki, bu minvalla Apple korporasiyası iPhone smartfonlarının satışlarından həddən artıq yüksək məbləğdə gəlir əldə edir.
Milli.Az