Kulinariya

"Gül dəstəsi" bulka piroqu - FOTO

23 Oktyabr 2016 07:00
42 Şərh     Baxış: 12 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az gül dəstəsini xatırladan bulka piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi (6-8 pay): 

350 q un
maya
80 q yumşaq kərə yağı
2 yumurtanın sarısı
15 x.q. isti süd
3 x.q. şəkər pudrası
1 paket vanilli şəkər tozu
1/2 ç.q. duz

Ləyəndə isti süd, 1 ç.q. şəkər tozu və mayanı qarışdırıb ağzına qapaq qoyun, 10 dəqiqə saxlayın. 
Mikserin qabına un, şəkər tozu, vanilli şəkər və duz töküb qarışdırın. Südlü-mayalı qarışığı əlavə edib qarışdırın. Yumurta sarılarını qatıb qarışdırın. 
Kərə yağını doğrayıb əlavə edin. 
1-ci sürətlə 5 dəqiqə, sonra 2-ci sürətlə 10 dəqiqə qarışdırın. 
Üzərinə dəsmal çəkib həcmi iki dəfə artanadək isti yerdə saxlayın. 
Xəmiri 2 və ya 3 yerə bölün. 
Kündələri un səpilmiş masaların üzərində nazik yayın. 8-10 sm diametrli dairələr kəsin. 3 dairəni bir qırağı o birinin üstünə çıxmaqla yanaşı düzün. Sonra bükün. Ortadan bıçaqla kəsin - 2 "qızılgül çiçəyi" alınacaq. 

"Gül"ləri formaya bir qədər aralı düzün. Üzərinə qapaq qoyub daha 45 dəqiqə saxlayın. Xəmir bir az da şişəcək. 

Sobanı 180 dərəcə qızdırın. 

25 dəqiqə bişirin. 

Bişdikdən sonra üzərinə şəkər pudrası səpin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.