Kulinariya

Ballı biskvit - FOTO

20 Avqust 2016 07:00
67 Şərh     Baxış: 7 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ballı biskvitin hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay):  

6 yumurta
160 q şəkər tozu
2 x.q. bal
190 q un 

Yumurta, şəkər tozu və balı ağ kütlə halına gələnədək çalın. Yəni ən azından 10 dəqiqə. Həcmi təxminən 4 dəfə böyüməlidir. 
Unu səliqə ilə əlavə edib aşağıdan yuxarıya doğru qaşıqla qarışdırın. 170-180 dərəcə qızdırılmış sobada bişirin. İlk 20 dəqiqə sobanın ağzını açmayın. 
Bişib-bişmədiyini çöplə yoxlayın. 
Bıçağı biskvitlə qabın kənarlarının arasına salıb qabdan ayırın. Sonra tərs çevirib biskviti buluda qoyun. Korju 3 yerə bölüb arasına bişmiş qatılaşdırılmış süd (onu da 150 q yağ və ya xama ilə çala bilərsiniz) çəkin. 
Üzərinə krem çəkmək lazım deyil. Şokolad qlazuru çəkib ortasına qoz səpsəniz, dadlı tort alınacaq. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.