Kulinariya

Sahan kababı

20 İyul 2015 07:00
10 Şərh     Baxış: 3 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Sahan kababı"nın hazırlanma qaydasını təqdim edir

Tərkibi (2 pay):

150 q yağlı quzu qiyməsi  

1 dəstə cəfəri 

sarımsaq 

250 q çörək xəmiri 

100 q sürtgəcdən keçirilmiş holland pendiri 

2 x.q. üyüdülmüş antep fıstığı 

1 x.q. küncüt

1 x.q. kərə yağı 

duz

Quzu qiyməsinə duz və xırda doğranmış cəfəri, əzilmiş sarımsaq əlavə edib qarışdırın. Qiyməni 2 ədəd şişə çəkib (lülə kimi) manqalda, yaxud sobada qızardın. 

Xəmiri iki yerə bölün, kababların uzunluğunda yayın. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri və üyüdülmüş antep fıstığı səpin. Kababları şişlərdən çıxarıb üzərinə qoyun (hər xəmir lavaşına bir lülə). Lavaşı bükün. Üzərinə küncüt səpin. 250 dərəcə qızdırılmış sobada qızarınca bişirin. 

Eyni böyüklükdə doğrayın, üzərinə əridilmiş kərə yağı gəzdirin. 

Yanına doğranmış pomidor və bibər düzərək süfrəyə verin. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.