Maraqlı

2017-ci ildə işıq üzü görəcək romanlar - SİYAHI

31 Dekabr 2016 20:10
4 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az publika.az-a istinadən 2017-ci ildə işıq üzü görəcək romanların qısa siyahısını təqdim edir. Qeyd edək ki, gözlənilən yeniliklər bir çox oxucuların ürəyini fəth etmiş məşhur müəlliflərə aiddir.

Sözsüz ki, ilk yeri "Odun və buzun rəqsi" silsiləsinin davamı, sayca altıncı kitab olan "Qışın küləyi" tutur. Corc Martinin bu romanı son illərin ən gözlənilən kitabıdır. Bundan öncəki "Əjdahalarla rəqs" adlı kitabı 2011-ci ildə çıxıb. Son məlumatlara görə, "Qışın küləyi" 2017-ci ilin martında işıq üzü görəcək. Ancaq fanatlar sevinməyə tələsməsin, çünki yazıçı romanın nəşrinin yenə təxirə sala bilər.

Gələn ilin aprel ayında bizə keçmişdən salamı "Zərif gecə" və "Məşhur Qetsbi" romanlarının müəllifi Frensis Skott Fitscerald verəcək. Amerika nəşriyyatı müəllifin 30-cu illərdə yazdığı, daha öncə çap olunmamış əsərlərini dərc edəcək. Hekayə toplusu "I'd Die for You" adı altında çıxacaq. Topluda həmin dövrün dünya görünüşünə uyğun olmayan hekayələrin yazıldığı üçün dərc olunmayıb. Müəllifin özü isə yazdığı hekayələrin dəyişdirilməsini və senzuradan keçməsini istəməyib.

Estafeti "Milenuim" trilogiyasını davamını yazan David Laqerkrants əlinə alır. Müəllifin ikinci kitabı 2017-ci ilin payızında çıxacaq. David kitabda elmi-kütləvi mövzudan çəkindiyi üçün, onu oxumağın rahat olacağını deyib. Yazıçı kitabın süjetini açıqlanmasa da, onun maraqlı olacağını vurğulayıb.

2017-ci ilin payızı bizi daha bir müəllif öz romanı ilə sevindirəcək. Bu professor Robert Lenqdonun başına gələnləri yazan Den Braundur. Yeni "Törəmə" adlı kitabda, professor yenə çətinliklərlə üzləşəcək, elm, din və incəsənətlə bağlı suallara cavab axtaracaq. Qeyd edək, bu il yazıçının dördüncü kitabına çəkilən "İnferno" filmi nümayiş olunub.

Yeniyetmələrin sevimli yazıçısı, "Ölüm silahı" adlı silsilə kitablarından sonra məşhurlaşan Kassandra Kler gələn ilin mayında yeni trilogiyanın ikinci hissəsi "Qara incəsənət" işıq üzü görəcək. Əsərin birinci hissəsi "Gecənin ledisi" adlanır. Bu hekayə şeytanları öldürən Emmi və dostu Culian haqqındadır. "Ölüm silah"ı yetərincə maraqlı və qeyri-adi seriyadır. Ümid edək ki, yeni silsilə də mistik və nəfəskəsici olacaq.

"Başqalaşan" silsilə kitabları ilə tanınan müəllif Veronika Rotun yeni romanı 2017-ci ilin əvvəli çıxacaq. "Markı doğramaq" adlı yeni romanında Akos adlı bir gəncin qardaşlarını oğurlayaraq diktaturanın və qəddarlığın olduğu planetə qaçırılmasından danışılır. Gənclər yaşamaq üçün gərək bir xeyli tər töksünlər...

Məşhur aktyor Qari Oldman bu dəfə sevənlərini yeni kitabı ilə sevindirəcək. "Qanlı atlılar" adlı kitabda sevginin gücündən bəhs edilir. Bu, Vəhşi Qərbdə yaşayan vampirlər haqqında kitabdır. Qari Drakula rolunu çox gözəl oynayıb. Bəs kitab necə, rolu kimi yaxşı olacaqmı?

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.