"Ginnesin Rekordlar kitabı"na düşən cütlüyün TOY FOTOLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən balaca boy cütlüyü Paulo Gabriel da Silva Barros və Katyucia Lie Hoshino bənzərsiz sevgi yaşayırlar. Dörd il uzaq məsafədən münasibət yaşayan braziliyalı cütlük sonradan birlikdə yaşamağa başlayıblar. Bir neçə gün öncə isə cütlük rəsmən evlənib və elə həmin gün də onların adı "Ginnesin Rekordlar kitabı"na düşüb.
Milli.Az lent.az-a istinadən onların sevgi hekayəsini təqdim edir.
Braziliyalı kişi və qadın ayrı-ayrı şəhərlərdə yaşayıblar. 88 sm boyu olan Barros hüquq şirkətlərindən birində işləyir, 89 sm boyu olan Katyucia isə kosmetoloqdur. Bir-birini çox sevən cütlük 10 il əvvəl sosial şəbəkədə tanış olublar. Barros qızı görən kimi aşiq olub, Katyucianın isə ondan xoşu gəlməyib. Hətta onu sosial şəbəkədə blok da edib. Bundan sonra Barros kilometrlərlə yol qət edərək, Katyucianın könlünü fəth etmək üçün onun yaşadığı şəhərə gəlib. Dörd illik sevgi münasibətindən sonra cütlük bir yerdə yaşamağa başlayıblar. Bir neçə gün öncə isə onlar rəsmən evləniblər.
Dünyanın ən balaca boy cütlüyü hər fürsətdə bir-birinə olan sevgisini dilə gətirir. Onlar həyatın bütün çətinliklərinin öhdəsindən birlikdə gəlirlər. Xəyallarının ikisini reallığa çevirən cütlüyün bir arzusu qalıb - uşaq sahibi olmaq. Həkimlər cütlüyə qüsurları səbəbindən uşaq sahibi olmağa icazə vermirlər. Lakin onlar istəklərindən vaz keçmirlər. Hətta bu arzularına çata bilməsələr də, bir-birinə sahib olmağı ən böyük şans hesab edirlər.
Barros ve Katyucia insanların onları anlayışla qarşılamalarını istəyirlər. Yolda gedərkən belə, insanların baxışlarından narahat olan cütlük özləri kimi qüsurlu şəxslərin digərləri tərəfindən normal qarşılanmasını arzulayır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
"Tastewashing" nədir?
-
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti
XƏBƏR LENTİ
-
Evinizə bu heyvanları gətirin - Rahatlıq və xoş əhval qazanacaqsınız
-
Alçadan mürəbbə necə hazırlanır? - Ev şəraitində asan resept
-
Bunu etsəniz, işıq pulu az gələcək
-
Geyimi ilə sosial medianı iki yerə böldü - FOTO
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
İtaliyada toy edəcəklər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Masazırda 8 saat işıq olmayacaq
-
PSJ yenə çempionlar çempionudur
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Komandamız bədii gimnastika üzrə 42-ci Avropa Çempionatında iştirak edir - FOTO
-
Onların qolları 8 illik həsrətə son qoydu
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
-
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
-
İrəvanda hərbi parad: Diqqət çəkən İran silahları - FOTO
-
"Arsenal"dan final antirekordu
-
"Tastewashing" nədir?
-
Naxçıvanda selə düşən şəxs xilas edilib - VİDEO
-
"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO
-
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
-
Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq





