Maraqlı

Oğluna aliment ödəmir, arvadına "Range Rover" aldı - FOTO

24 Avqust 2016 11:16
4 Şərh     Baxış: 4 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş evli cütlük - məşhur aktyor Tolga Karel ilə azərbaycanlı model Günay Musayevanın münasibətləri yenidən gərginləşməyə başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Günay Musayevadan olan oğlu Cahangirə "Pulum yoxdur" deyərək aylıq 500 TL aliment verən aktyor övladını unutmağa başlayıb.

Çikaqoda yaşayan Karel yeni həyat yoldaşı Sara Marqaretə 200 min dollar dəyərində "Range Rover" markalı avtomobil alıb.

Aktyor ötən gün isə özünə aldığı "Porsche 911 Carrera" markalı yeni maşınının fotosunu isntaqramda paylaşıb.

"BMW" markalı bir motosikleti də olan Tolqanın lüks həyatı müzakirə mövzusuna çevrilib.

Bütün diqqət aktyorun eks-həyat yoldaşı Günay Musayevaya çevirilib. Azərbaycanlı model isə alimentin qiymətini qaldırmaq üçün məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, məşhur cütlük 2011-ci ildə evlənmiş, ötən il isə münasibətlərinə son qoymuşdu.

Karel 4 il evli qaldığı modelə boşanarkən 40 min lirə pul vermişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.