Maraqlı

Castin Biberin sevgilisi ərəb milyarderə ərə getdi - VİDEO - FOTO

25 İyun 2016 11:24
12 Şərh     Baxış: 3 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur kanadalı müğənni Castin Biberin sabiq sevgilisi, Playboy modeli Kseniya Deli ərəb milyarderə ərə gedib. 
Toy 1 milyon avroya başa gəlib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Castin Biberin "What Do You Mean?" mahnısının klipindəki rolundan sonra məşhurlaşan 26 yaşlı Kseniya Deli ilə Misirin tanınmış iş adamlarından biri, 62 yaşlı Fəthi Ossama Rəbah əl Şərif evləniblər. 
Dəbdəbəli toy Yunanıstanın Santorini adasında olub.
150 qonağın dəvət aldığı toyda Delinin əynində 800 min avroluq gəlinlik paltarı vardı. Paltar dünyaca məşhur modelyer Züheyr Muradın əsəri idi.
Toya media mənsubları buraxılmadığından mərasimdə çəkilmiş fotolar azdır.
Misirli milyarderin dediklərinə görə, onlar sabah Santorinini tərk edərək İsveçrəyə, Kseniya Delinin valideynlərinin yanına yollanacaqlar.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.