Maraqlı

Antonio Banderas Şah İsmayıl oldu - VİDEO - FOTO

24 Fevral 2016 15:21
10 Şərh     Baxış: 23 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın tanınmış qrafik dizaynerlərindən biri Rəsul Həsənov Səfəvilər xanədanı mövzusunda qrafik kollaborasiya yaradıb.

Milli.Az bildirir ki, o, tanınmış aktyor Antonio Banderasın Şah İsmayıl, Hollivud ulduzu Ancelina Colinin Taclı bəyim Şamlı rolunda oynadıqları "Safavid" ("Səfəvi") filminin fentzi posterlərini hazırlayıb.

R.Həsənov Facebook profilində yazıb: "Antonio Banderasın Şah İsmayılı, Ancelina Colinin şahın ilk xanımı olan və Çaldıran döyüşündə itkin düşdüyü hesab edilən Taclı Bəyimi canlandırdığı Səfəvi filmi. Filmin $40 milyon büdcəsi var və 2018-ci ildə nümayişə girəcək.

Təbii ki, zarafatdır, belə bir filmin çəkilməsini çox istəsəm də, bu yeni poster eksperimentlərimdəndir.

Səfəvilərdən gözəl bir film çəkmək olar. Burda həm tarix var, həm döyüş var, həm sevgi var, həm də İsmayılın möhtəşəm poeziyası. Bundan yaxşı nə ola bilər?!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.