Maraqlı

"Zika" virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb

6 Fevral 2016 07:29
1 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ilin yanvarından etibarən "Zika" virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb.

APA-nın "Rosbalt" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.
 
"2015-ci ildə Şimali və Cənubi Amerikada "Zika" virusuna ilk yoluxma faktları qeydə alınandan sonra, onun coğrafiyası ardıcıl surətdə genişlənib. "Aedes aegypti" növlü ağcaqanadının yaşama arealı olan ərazilərdə virusun yayılması gözlənilir. 2014-cü ilin yanvarından 2015-ci ilin fevral ayınadək "Zika" virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb", məlumatda qeyd olunub.
 
Qeyd edək ki, Zika virusu ilk dəfə 1947-ci ildə aşkar edilib. Virusu "Aedes aegypti" növlü ağcaqanadlar tərəfindən yayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.