Maraqlı

Bakıda ətin kilosunu 560 manata satırlar - VİDEO

18 Noyabr 2015 14:17
10 Şərh     Baxış: 15 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ət dükanındakı qiymətlər müştəriləri şoka saldı.

Region TV-də yayımlanan "Çəkən var" verilişi yenə bir-birindən məzəli və maraqlı süjetləri ilə tamaşaçıları sevindirib.

Süjetlərin birində, ssenariyə əsasən, ət dükanında işləyən satıcı (verilişin aktyoru) 1 kilo dana və ya quzu ətini müştərilərə 300, 560, 1000 manat kimi qiymətlərlə satmağa çalışır. Satıcı, qiymətlərin bahalılığını satdığı ətin sümüklərinin qızıl suyuna çəkilməsi ilə əlaqələndirir. 

Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz müştərilər isə şok keçirmiş halda nə baş verdiyini anlamağa çalışır, hər şey aydınlaşdıqdan sonra isə təbəssümlərini gizlədə bilmirlər.

Həmin maraqlı süjeti sizə təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Bakıda ətin kilosunu 560 manata satırlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.