Maraqlı

Microsoft bazarı əldən buraxmır

3 Oktyabr 2015 19:20
0 Şərh     Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Microsoft yaxın 2-3 ildə Windows 10 əməliyyat sistemi ilə işləyən qurğuların sayını milyarda çatdırmağı planlaşdırır.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, lakin StatCounter analitik şirkətinin yeni statistikasına əsasən, 6,93 faiz paya sahib Windows 10 ƏS-i yalnız beşinci pillədə qərarlaşıb. Nəticədə 29 iyul tarixində çıxarılmış platformanın bazar payı (6,93 faiz) Windows 8 (3,29 faiz) və Windows Vista (1,87 faiz) sistemlərinin birgə göstəricisini ötür, ancaq platforma əvvəlki kimi bazar payı 8,44 faiz təşkil edən OS X sistemindən geri qalır. 
 
Analitik şirkətin məlumatına əsasən, Windows 7 sisteminin bazar payı 52,57 faiz təşkil edir və bu bazarda liderdir. Əməliyyat sistemləri bazarında ikinci və üçüncü pillələrdə müvafiq olaraq 13,54 və 9,48 paylara sahib Windows 8.1 və Windows XP qərarlaşıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.