Maraqlı

Bütün dünya bu görüntüdən danışır - VİDEO

30 İyun 2015 13:56
2 Şərh     Baxış: 4 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Kosmik Agentliyinin (NASA) canlı yayımı zamanı qeydə alınan görüntü böyük səs-küyə səbəb olub.

Anspress-in məlumatına görə, NASA kamerada naməlum cisimlərin görünməsindən sonra canlı yayımı qəflətən dayandırıb. Görüntülərdə üç parlaq nöqtənin Yerdən uzaqlaşdığı görünür. İnsanların əksəriyyəti bu naməlum cisimlərin yadplanetli olduğunu iddia edir. Bəzi mütəxəssislər də hesab edirlər ki, bu görüntülər yadplanetlilərin dünyanı ziyarət etdiyinə əyani sübutdur. 

NASA-nın görüntüləri qısa müddət ərzində sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. İnsanlar videoya şərh verərək bu qeyri-adi hadisə barəsində öz fikirlərini bölüşüblər. 

Sosial şəbəkə istifadəçilərindən bəziləri NASA-nı yayımı yarımçıq dayandırdığı üçün tənqid ediblər. Bəzi insanlar isə naməlum nöqtələrin "çoxyönlü kosmik cisim" olduğunu iddia ediblər. 

Ancaq videoda görünən cismlərin yadplanetli olmadığını düşünənlərin də sayı az deyil. Bəziləri videonun keyfiyyətinin həddindən artıq aşağı olduğunu və sözügedən nöqtələrin günəş işığının parıltısı ola biləcəyini güman edirlər. Bir digər qrup isə cisimlərin peyk ola biləcəyini deyirlər.

Amerika Kosmik Agentliyi isə görüntülərlə bağlı rəsmi açıqlama verməyib. Ancaq yayımın dayanmasından sonra NASA belə bir şərh verib: "Xahiş edirik, gözləyin. Yüksək keyfiyyətli görüntü əldə edə bilmək üçün kameralar dəyişir və ya Beynəlxalq Kosmos Stansiyasında müvəqqəti siqnal itkisi ola bilər", - deyə mesajda qeyd edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin. 

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.